“Azərbaycan dövlətçilik tarixi” mövzusunda elmi-praktik konfrans

 

 

Sumqayıt Səhər İcra Hakimiyyətinin akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan dövlətçilik tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda  giriş sözü ilə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tariximizin dərindən öyrənilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, şanlı tarixə malik ölkəmizin keçmişi və bugünü hər bir gəncin yaddaşında əks olunmalı, bizim gələcəyimiz naminə dərindən örənilməlidir. Tədris prosesində Heydər Əliyev irsinin oyrənilməsi vacibdir. Düşmənlə üzbəüz dayandığımız indiki zamanda məktəblərdə və digər təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusu geniş  təbliğ edilməlidir.

Heydər Əliyev Fondu tariximizin təbliği və xarici ölkələrdə yayılmasında əvəzsiz xidmətlər göstərir. Bu gün min illəri üstələyib keçən tariximizi özündə əks etdirən kitablar Heydər Əliyev Fondu tərəfindən xarici dillərə tərcümə olunur və dünyanın bir çox ölkəsində onlardan istifadə edilir.

Natiq vurğuladı ki, məktəblilərin təhsilə olan marağı artırılmalıdır.  Elmi texniki tərəqqi nəticəsində əldə edilən biliklərə üstünlük verilməli, informasiya kanallarından istifadə edərək respublikamızın dövlətçilik tarixi nəsildən nəsilə ötürülməlidir.

E.Əzizov bildirdi ki, ulu ondər zamanında Sumqayıta daim qaygı gostərmisdir. Bu gün varislik ənənələri davam edir. Prezident İlham Əliyevin tapsırığı ilə Sumqayıtda həyata keçirilən layihələr sayəsində  şəhər günbəgün inkişaf edir. Şəhərdə  bir müddət olmayan şəxs dəyişiklikləri  kiçik zaman kəsiyində belə hiss edir. Ölkə başçısının diqqət və qayğısının təzahürü olaraq burada insanların həyat şəraiti yaxşılaşır, işsizlərin sayı azalır. Bakı standartlarına yaxınlaşan Sumqayıt gözəl şəhərlərdən birinə çevrilməkdədir. Sumqayıt Texnologiyalar, Yüksək Texnologiyalar parkları  tezliklə şəhərimizin şöhrətini dünyaya yayacaqdır. Bütün bunlar ölkə başçısının sumqayıtlılara göstərdiyi etimadın və diqqətin nəticəsidir.

Daha sonra çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyev müzakirəyə buraxılan mövzu ətrafında  danısacaq iştirakçıları səhnəyə çağırdı. Sumqayıtlı məktəblilər Səma İsmayılzadə, Sevil Bağırova, Fidan Həsənova, Sevər Əzizbəyova, Xanım Səfiyeva və digərləri kofrans iştirakçıları qarşısında qədim dövrdən müasir dövrümüzə qədər tarixi bir körpü yaratdılar.  Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev gənclərimizin qarşısında duran vəzifələrdən, tariximizin qorunub saxlanması və təbliğindən geniş söhbət açdı.  

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında