ADU ilə Norveç universitetləri arasında əlaqələr genişlənir

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yon Ramberqlə görüşüb. Səfir Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə ADU ilə Norveçin bir sıra universitetləri arasında yaranan əlaqələrdən və bu əməkdaşlığın inkişafından məmnunluğunu dilə gətirib.
Bu istiqamətdə görülən işlərdən söz açan səfir Dillər Universiteti ilə qarşılıqlı əməkdaşlığın iki ölkə arasında təhsil sahəsində əlaqələrə təkan verdiyini önə çəkib.
ADU-nun mətbuat xidmətindən aldıgımız məlumata görə, rektor Səməd Seyidov səfir Yon Ramberqə ölkəmizdə səfir kimi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar gələcək fəaliyyətində uğurlar arzulayıb. O deyib ki, səfirin ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan-Norveç əlaqələri yüksək səviyyədə olub və təhsil sahəsində əməkdaşlıq daim inkişaf edib. Rektor Norveçin Oslo universiteti ilə ADU arasında geniş əməkdaşlıq olduğunu, dəfələrlə Norveçin müxtəlif universitetlərinin mütəxəssis və tələbələrinin Azərbaycan Dillər Universitetinə gəldiklərini xatırladıb. Səməd Seyidov Norveç dilinin tədrisi zamanı Norveçdən dəvət olunmuş mütəxəssislərin Dillər Universitetində fəaliyyətindən razılığını bildirib.
Səfir Yon Ramberq bundan sonra da Dillər Universiteti ilə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Skandinaviyaşünaslıq ixtisası 2006-2007-ci tədris ilindən açılıb və həmin ildən də Norveç dili tədris olunur. Hazırda Dillər Universitetinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 nəfər tələbəsi və regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin 8 nəfər müəllim heyəti Norveçdə yay məktəbinə göndərilib.

{nl}

Mahmud QƏZƏNFƏROĞLU, " Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında