Memarlıq və İnşaat Universitetində “Xocalı” tamaşası

 

 

Memarlıq və İnşaat Universitetində Xocalı soyqırımının 21 illiyinə həsr edilmiş ədəbi-bədii kompozisiya-tamaşa təqdim edildi.

Tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımın bütün bəşəriyyətə qarşı olduğunu qeyd etdi. Bildirdi ki, Xocalı faciəsi zamanı dinc sakinlər amansızcasına qətlə yetirilib və bu hadisənin beynəlxalq aləmdə tanıdılması və günahkarların lazımi cəza alması vacibdir.

Universitetin YAP qadınlar şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, “Kitab Evi” İctimai Birliyinin rəhbəri Salatın Əhmədli bildirdi ki, Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası Heydər Əliyev Fondunun vitse-prezidenti, Moskvada rus dilində nəşr edilən “Baku” jurnalının baş redaktoru Leyla  Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində nümayiş etdirilir.

Universitetin prorektoru Tofiq Qasımov Xocalı faciəsinin xalqımızın qan yaddaşında silinməz iz qoyduğunu bildirdi.

Tamaşadan əvvəl tədbirdə Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi. Tamaşadan sonra faciənin təfərrüatlarını əks etdirən fotosərgiyə baxış keçirildi.

Tamaşanın rejissoru Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” uşaq teatrının rəhbəri Larisa Tarusova, baletmeysteri Günəş Talıblı, ideya rəhbəri “Aytam” Uşaqların Mədəni Maariflənməsi ictimai birliyinin sədri Aygün Zamanlıdır.

 Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında