Azərbaycanın ali təhsil müəssisələrində təqaüdlər yeni qaydalar əsasında veriləcək

 

 

Bakı Dövlət Universitetində təqaüdlərin gecikdirilməsi ilə bağlı məsələ artıq həll olunmuşdur

Bakı Dövlət Universitetində (BDU) təqaüdlərin gecikdirilməsi ilə bağlı məsələ artıq həll olunmuşdur və bu gün axşamdan başlayaraq bütün tələbələr öz təqaüdlərini alacaqlar.

Bu barədə APA-ya BDU rektorunun maliyyə və sosial məsələlər üzrə müşaviri Məzahir Sultanov məlumat vermişdir. O bildirmişdir ki, bu ildən Azərbaycanın ali təhsil müəssisələrində təqaüdlərin verilmə forması dəyişdirilmişdir:

“Gecikmələr təqaüdlərin verilmə formasının və qaydasının dəyişməsi ilə bağlıdır. Belə ki, bu ildən Nazirlər Kabinetinin yeni qərarı ilə Təqaüd Fondu hər semestr üzrə tələbata uyğun olaraq vəsait ayırır. Bu vəsait isə ali təhsil müəssisələrinin büdcəsinə daxil olmur. Hər bir universitet 3 aylıq sifariş verir ki, bu semestr ərzində nə qədər təqaüdə tələbatı olacaq. Bu ilin əvvəlində universitet tərəfindən bu təklif verilib. Sadəcə qaydalar yeni olduğundan ilkin olaraq bəzi ali təhsil müəssisələrində ləngimələr olub. Artıq universitet tələblərinin təqaüd alması üçün bütün maliyyə vəsaiti ayrılıb. Tələbələrin hamısı bu gün axşam və sabah öz təqaüdlərini alacaqlar. Bu gün Bakı Dövlət Universitetində doktorant, aspirant, magistr və bakalavr pillələri üzrə təhsil alan 7 minə qədər tələbə təqaüd alır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında