Kurikulum təlimləri zamanı qarşıya çıxan problemlər həll olunur

 

 

Ulu öndər  Heydər Əliyev tərəfindən başlanmış təhsil islahatları öz nəticələrini verməkdədir. Təhsil sektorunun inkişafı üçün qəbul olunmuş dövlət proqramları son illər uğurla həyata keçirilir.

Artıq 6 ilə yaxındır ki, məktəblərdə tədris prosesi kurikulumun tələblərinə uyğun təşkil olunur. Bu müddət ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşısında kurikulumun tətbiqi ilə əlaqədar nəinki orta məktəb müəllimlərini məlumatlandırmaq, həm də həmin müəllimləri hazırlamaq üçün təlimçilər yetişdirmək başlıca vəzifə kimi dururdu. Uzun müddətdir ki, respublikamızda böyük təlimçilər ordusunun fəaliyyət göstərməsinə baxmayaraq, kurikulumun tətbiqi ilə bağlı təlimçilər, demək olar ki, kifayət qədər deyildi. Bu işin həyata keçirilməsi üçün Təhsil Nazirliyinin qarşısında üç mühüm məsələ dururdu: orta məktəb müəllimlərinə təlim keçmək, kurikulum təlimçiləri hazırlamaq və həmin təlimçiləri hazırlayacaq kadrlar yetişdirmək. Bunun üçün kurikulum tətbiq olunanadək təlimçilik təcrübəsi olan bütün müəllimlər bu işə cəlb olundu ki, bu da kurikulum kurslarının respublika səviyyəsində həyata keçirilməsində böyük rol oynadı.

Təhsil Nazirliyi və YUNİSEF birgə kurslar təşkil etdilər. İlk anlarda müəyyən çətinliklər olsa da, təcrübəli  müəllimlər bu işdə yardımçı oldu.

Təlimçilər kurikulumun tələblərini gözəl bilməli, İKT bacarıqlarına yiyələnməli, səbirli və dözümlü, nitqi səlist və inamlı olmalıdır. Təlimçi dinləyicinin verə biləcəyi suallara özünü əvvəlcədən hazırlamalıdır. Onlar təlim prosesini maraqlı, rəngarəng qurmalı, ilk dərsdən kurikulumun qarşıya qoyduğu tələblərin mahiyyətini dəqiq  çatdırmalı, kurikulumun təhsilin keyfiyyətində yarada biləcəyi dönüşləri  aydın şəkildə izah etməlidirlər. Dinləyicilərin gündəlik davamiyyəti, aktivliyi, fəaliyyəti kurikulum materiallarının öyrənilməsinin ən mühüm tərkib hissəsidir və bu zaman əyanilik, sadədən mürəkkəbə doğru prinsipinin gözlənilməsi son dərəcə mühümdür. Kurikulum tələblərini öz üzərində hiss edən, onun tələblərinə cavab verən təlimçi bu tələblərdən doğan şərtləri daha məqsədəuyğun həyata keçirə bilər.

Kurikulumu dərslərində tətbiq edən hər bir müəllim bilməlidir ki, burada əsas məsələ təlim kurslarını kurikulumun tələblərinə uyğun təşkil etməkdir. Belə ki, kursun təşkili üçün cari planlaşdırma hazırlamalı, bu zaman interaktiv təlim metodlarından yerində istifadəni nəzərdə tutmalı və müdavimlərin kurikulum üzrə əldə etdikləri bilik və bacarıqları qiymətləndirmək üçün məqsədəuyğun qiymətləndirmə üsulu və vasitəsi seçməlidir.

Beləliklə, müdavimlər cari və illik planlaşdırmanı düzgün hazırlamaq, interaktiv təlim metodlarından düzgün istifadə etmək və qiymətləndirməni düzgün həyata keçirmək bacarıqlarına təcrübə vasitəsilə daha yaxşı yiyələnəcəklər.

Fəal təlimin təşkili zamanı müəllimlərin qarşısında duran əsas vəzifə düzgün təlim strategiyası ilə yanaşı müvafiq təlim üsulu seçməkdir. Bunun üçün  müdavimlərdə bu üsulların dərsin hansı mərhələsində və hansı iş forması ilə həyata keçirilməsinin daha məqsədəuyğun  olduğunu seçmək bacarığı formalaşdırmaq vacib şərtdir.

Dərsliklərdən istifadə bacarığına  yiyələnmək üçün müdavimlərə dərslik komplektinin əhəmiyyətini aşılamaq da mühüm məsələdir. Bununla yanaşı, müdavimlər bilməlidirlər ki, dərslik müəllimin tədris prosesini təşkil etməsi üçün vasitədir. XXI əsrin xüsusiyyətlərindən doğan kompitensiyalara yiyələnmiş hər bir müəllim tədris prosesinə yaradıcı yanaşaraq istər dərslikdən, istərsə də metodik vəsaitdən istifadə etməklə yanaşı digər mənbələrə, əyani vasitələrə və kompüter proqramlarına da müraciət etməlidir. Bunun üçün də müəllim illik və cari planlaşdırmanı mükəmməl qurmağı bacarmalıdır. Müdavimlər bilməlidirlər ki, cari planlaşdırma qeyri- rəsmi olsa da, onlara işlərində yaxından kömək edəcək.

Müəllimlər cari planlaşdırma sayəsində tədris prosesində qarşıya çıxan problemlərin həllini əvvəlcədən hazırlamış olurlar.

Təlimlər zamanı müdavimlərin daha çox qiymətləndirmə ilə bağlı çətinlikləri olur. Yeni qiymətləndirmə sisteminə alışmamış müəllimlər bunu həyata keçirməyin çox çətin olduğunu düşünürlər. Bu çətinlikləri aradan qaldırmaq məqsədilə təlimlər zamanı müdavimlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün yeni qiymətləndirmə standartlarından və mexanizmlərindən istifadə edilir.  Müdavimlər qiymətləndirmənin istiqamətlərini, formalarını və növlərini mənimsəməklə yanaşı anlayırlar ki, sinif jurnalından fərqli olaraq, formativ jurnal qeyri- rəsmi sənəd olsa da, onlara işlərində yaxından kömək edəcək. Belə ki, müəllimlər  uşaqların zəif tərəfini tanıyaraq tədris prosesini bu istiqamətdə qura bilərlər.

Formativ jurnaldakı qiymətlərin olduğu kimi məktəbli kitabçasına köçürülməsi valideynlər üçün də əhəmiyyətlidir.

Təlimlər zamanı rastlaşdığımız ən mühüm çətinlik uzun illərin təcrübəsinə yiyələnmiş və indiyə qədər ənənəvi sistemlə işləmiş müəllimlərə öyrədilənləri qəbul etdirməkdir. Bu problemin həllində fasilitasiya qaydalarını bilmək vacib məsələdir. Müdavimlər, fasilitasiya qaydalarını nəzəriyyədə deyil,  onlara qarşı olan münasibət vasitəsilə mənimsəyirlər. Təlimlər zamanı  “Gəlin bir- birimizdən öyrənək! ” prinsipinə üstünlük verilməsi müdavimlərlə səmimi münasibət qurmağa  zəmin yaradır.

Nüşabə MEHTİYEVA,
Bakıdakı 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında