Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun növbəti iclası Malayziyada keçirilmişdir

 

 

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) İcraedici Şurasının növbəti yığıncağı keçirilmişdir.

Tədbirdə Pakistan, İtaliya, Monqolustan, Qırğızıstan, Gürcüstan, Hindistan, Türkiyə və Azərbaycan nümayəndələrindən ibarət İcraedici Şura üzvləri ilə yanaşı, həmin ölkələrin alimləri, təhsil işçiləri və hökumət nümayəndələri iştirak etmişlər.  2010-cu ilin may ayında əsası qoyulmuş Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun məqsədi İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, akademik inkişafın dəstəklənməsilə zəngin mədəni irsin bərpasına və qorunmasına, eləcə də bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə xidmət etməkdir. 29 ölkədən 200 universitetin qatıldığı Konsorsiumun İcraedici Şurasına 9 nəfər-Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtaliyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Hindistanın Kalinqa Sənaye Texnologiyası İnstitutu, Putra Malayziya Universiteti, Tiflis Dövlət Tibb Univeristetinin rəhbərləri, ölkəmizdən isə Azərbaycan Turizm İnsitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov daxildir.  Səfər proqramı İcraedici Şuranın iclası və Putra Universitetində görüşlərdən ibarət olmuşdur. İcraedici Şuranın iclasında üzv ali təhsil müəssisələri arasında elmi şəbəkənin daha da inkişaf etdirilməsi, İpək Yolu təhsili və Elm Karvanına dair yeni ideyalar, Elm və Texnologiya üzrə tematik forum və İpək Yolu mədəniyyətləri mövzularında geniş müzakirələr aparılmış, eyni zamanda Asiya dövlətlərindən konsorsiuma daha çox üzvün cəlb olunması məsələsinə toxunulmuşdur.  İcraedici Şuranın üzvləri və iştirakçılar ikinci gün Putra Universitetində təşkil edilmiş sessiyaya qatılmışlar. Sessiyanı universitetin rektoru professor Datuk Mohd Fauzi Ramlan aparmış, konsorsiumun cari və gələcək fəaliyyətini əks etdirən təqdimata baxış keçirilmişdir.

Tədbirin son günündə ATİ-nin rektoru Cəfər Cəfərov universitetin bir neçə fakültə və struktur rəhbərləri ilə görüşmüş, bu görüşlər zamanı tədqiqat və təhsil sahəsində əməkdaşlığa dair danışıqlar aparılmışdır.

  Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun növbəti toplantısının Monqolustanda, yaxud Hindistanda  keçirilməsi ilə baglı ilkin razılıq əldə olunmuşdur .

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında