Şuşa Humanitar Kolleci 20 ildən artıqdır ki, Şuşasız yaşayır

 

 

 

Sərlövhəyə çıxardığım  bu fikri  kollecin direktoru Rəsul İsmayılov   bu yaxınlarda görüşümüz  zamanı  ürək yanğısı ilə  dilə gətirdi. Doğrudan da, bu 20 ildə məktəbin kollektivi çox böyük çətinliklərlə üzləşib. Əvvəlcə Ağcabədidə, sonra Bakının Bakıxanov qəsəbəsində məskunlaşıb. Hazırda isə Bakının 161 nömrəli orta məktəbinin binasında sığınacaq tapıb.

Kollecin direktoru ilə məktəbin ikinci mərtəbəsində yerləşən kiçik kabinetində görüşdük. Bildirdi ki, tələbələr hazırda qış tətilindədirlər. Ona görə də belə sakitlikdir. Direktorla birlikdə məktəbin dördüncü və beşinci mərtəbəsində yerləşən yeni təmir olunmuş kabinetlərlə, sinif otaqları ilə tanış oldum. İlk növbədə məni Heydər Əliyev kabinetinə dəvət etdi. Səliqə-sahmanı ilə seçilən bu kabinetdə ulu öndərin vaxtı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin  açılış mərasimində iştirak etdiyi anları əks etdirən   foto-stend diqqəti çəkir.

Məktəbin  kompüter  otağında cərgə ilə düzülmüş  internetə qoşulmuş kompüterlər uşaqların istifadəsinə verilmişdir. Məktəbin müxtəlif avadanlıqlarla təchiz edilmiş idman və akt zalları yenicə təmirdən çıxmışdı. Dördüncü və beşinci mərtəbələrdə dövlət başçımızın   son illər fəaliyyətini əks etdirən fotoşəkillərdən  ibarət stendlər  diqqətdən yayınmır.

Yenidən direktorun iş otağına qayıdırıq. Rəsul müəllim Şuşa Humanitar Kollecinin tarixindən danışır. Deyir ki, bu kollecin  tarixi XX əsrin  20-ci illərindən başlayır. Azərbaycanın məşhur ədəbiyyat və mədəniyyət xadimlərindən bir neçəsi  bu məktəbdə təhsil almışlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  zamanı Qarabağın bütün maarif  və mədəniyyət müəssisələri kimi  Şuşa  Mədəni-Maarif   Texnikumu da talan edilmişdir. Kollektivimiz  Şuşa uğrunda həlak olmuş məzunlarımızın  xatirəsini   həmişə böyük  ehtiramla yad edir.

Kollektivimiz bu gün də kadr hazırlığı sahəsində qarşıya qoyulmuş vəzifələri  uğurla yerinə yetirir. Hazırda  kollecdə  11 ixtisas üzrə kadr hazırlanır. Onlar məktəbəqədər təlim  və tərbiyə, ibtidai təhsil,  xarici dil,  kitabxana-informasiya təminatı, ailə və ev təhsili, instrumental  ifaçılıq, xalq çalğı alətləri, xanəndəlik,  musiqi nəzəriyyəsi,  təsviri incəsənət müəllimliyi, fiziki tərbiyə müəllimliyi  ixtisaslarıdır. Hazırda kollecimizdə 720  tələbə təhsil alır. Məktəbdə 11 fənn komissiyası fəaliyyət göstərir ki, onlar da təhsilin keyfiyyətli təşkilinə nəzarət edirlər.

Rəsul müəllim  bildirdi ki, mətəbin kollektivi  Şuşa Rayon İcra Hakimiyyətinin keçirdiyi əksər tədbirlərdə iştirak edir. Rayon rəhbərliyi   kollecimizin problemlərinin həllində bizə həmişə  yaxından köməklik göstərir. Elə, Təhsil Nazirliyi də  öz köməkliyini əsirgəmir. Bu yaxınlarda   Təhsil Nazirliyinin köməkliyi ilə məktəbimizdə cari təmir işləri  aparılmış, yeni kabinetlər, sinif otaqları yaradılmışdır. Bütün bunlar  kollecdə təhsilin  keyfiyyətli təşkilinə öz təsirini göstərmişdir.

Direktor bir məsələni də  diqqətə çatdırdı. Dedi ki, tələbələrimiz respublika səviyyəli  müsabiqələrdə iştirak edərək qalib adı qazanmışlar. Məsələn,  böyük bəstəkar, xalq artisti Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş kolleclərarası müsabiqədə  tələbəmiz Nicat Həsənzadə qalib olmuşdur. Belə nümunələr çoxdur.

Rəsul müəllim son olaraq   dedi ki,   biz  tezliklə Şuşaya qayıdacağımıza inanırıq. İnanırıq ki, cənab Prezident İlham Əliyevin  apardığı siyasət tezliklə Qarabağ probleminin həllinə  gətirib çıxaracaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında