Türk dünyasının böyük şairi Abdürrahim Karakoçun xatirə gecəsi keçirildi

 

 

Bu günlərdə türk dünyası ədəbiyyatında özünəməxsus

yeri olan tanınmış şair Abdurrahim Karakoçun xatirəsinə

“Aşk deyince ötesini arama” adlı ədəbi-bədii gecə keçirildi.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-in təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə baş tutan tədbir Rəşid Behbudov adına Mahnı teatrında gerçəkləşdi. Türkiyədən millət vəkillərinin, şairin ailə üzvlərinin və ziyalıların  iştirak etdiyi ədəbi-bədii gecəni giriş sözü ilə Dünya Gənc Türk Yazarlar birliyinin rəhbəri Əkbər Qoşalı açdı və Abdurrahim Karakoçun yaradıcılığının Azərbaycan tamaşaçılarına  poeziya və musiqinin dili ilə təqdim ediləcəyini vurğuladı.

Millət vəkili Qənirə Paşayeva türk dünyası ədəbiyyatında özünəməxsus üslub və dəst-xətti olan Abdurrahim Karakoç poeziyasının vurğunu olduğunu söylədi. “Mihriban” şeiri ilə bu şairin yaradıcılığına daha da bağlanan millət vəkili bildirdi ki, ona şairlə sağlığında görüşmək qismət olduğu üçün çox xoşbəxtdir: “Onun yaradıcılığını izləyən ədəbiyyatsevərlər bilir ki, Abdurrahim bəyin ürəyi türk coğrafiyası, türk insanının yaşantısı, sevinc və kədəri ilə döyünürdü. Bu baxımdan da o, Azərbaycanla bağlı Qarabağa xitabən məktub yazmışdı. Abdurrahim Karakoç həyata əlvida desə də, bizlərə və eləcə də bundan sonra yetişən türk gəncliyinə dəyərli əsərlərini buraxdı”.

Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşqun bu cür tədbirlərin “bir millət, iki dövlət” olan iki xalqın ictimai mədəni həyatında əhəmiyyətli hesab etdiyini dilə gətirdi.

Sonda qonaqlar Qənirə Paşayevaya öz xatirə hədiyyələrini təqdim etdilər. Millət vəkili öz növbəsində təşkilat adından bu gecənin reallaşmasında əməyi keçən hamıya təşəkkür etdi və qonaqlara, eləcə də Abdurrahim Karakoçun oğlu və qızı Mehribana hədiyyə paketləri təqdim etdi.

Tədbir çəçivəsində millət vəkili Qənirə Paşayevanın Türk Dünyasının böyük şairi, aydını Abdurrahim Karakoçun xatirəsinə həsr etdiyi “Aşk deyince ötesini arama...” adlı məqalələr silsiləsindən ibarət kitab da təqdim olunub.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında