Dünya şöhrətli roman - məntiqi dəlillər və faktlarla

 

 

 “Əli və Nino” romanı ilk dəfə 1937-ci ildə Vyanadakı “Tal” nəşriyyatında Qurban Səid imzası ilə çap olunub. Dünya şöhrəti qazanan roman müxtəlif dillərə tərcümə edildi. Nəhayət, 1970-ci ildə ingilis dilindən türk dilinə çevrildikdən sonra müəllifin kimliyi araşdırma mövzusuna çevrilir. Bu mübahisə Azərbaycan ədəbi mühitində uzun illərdən bəridir ki, öz mövcudluğunu qoruyub saxlamaqdadır. Bu  da “Ədəbiyyatşünaslıqda “Əli və Nino” problemi” adlı kitabın maraqlı və aktual olmasından xəbər verir.

Şəlalə xanım, problemi araşdırarkən həmin dövrdə ədəbiyyatımızda mövzu ilə bağlı yaranan bir çox məsələlər haqda kifayət qədər aydın təsəvvür yarada bilir. Həm də bu zaman öz elmi sələflərinin fikirlərinə ehtiramla yanaşmaqla bərabər tədqiqatçı öz mövqeyini qoruyub saxlaya bilir. Monoqrafiya müəllifin tədqiqatçılığı, elmi səviyyəsi, zəhməti haqda aydın və xoş təəssürat yaradır. Ş.Qarabağlı problemi bütün incəlikləri - mövzu seçimi, ideya-problematika, dil-üslub xusüsiyyətləri ilə tədqiqata cəlb edir və qənaətlərini faktiki ümumiləşdirmələrlə, elmi qaynaqlara, arxiv materiallarına istinadən əsaslandırır.

Birinci fəsildə (“Əli və Nino”nun nəşrləri, “Qurban Səid” kimliyinin axtarışları”) əsas diqqət  lƏli və Nino” romanının nəşrləri barədə bəhs olunur, Qurban Səid, Əsəd bəy,  L.Nussembaum kimliyi elmi ümumiləşdirmələrlə şərh olunur, onlar haqqında həqiqətləri aşkarlamağa səy göstərilir, sərrast mülahizə və dərin ümumiləşdirmələr əsasında müəllif buna müvəffəq olur. Müəllif bu fəsildə həm ideya, həm də polemika üzərində durur və elmi baxımdan sox dəyərli olan qənaətlər irəli sürür. Ş.Qarabağlının polemika mədəniyyəti, ümumiləşdirmə bacarığı yüksək səviyyədədir.

İkinci fəsil (“Əli və Nino” romanında Y.V.Çəmənzəminliyə dair bioqrafik və başqa faktlar”) Y.V.Çəmənzəminlinin hekayə, roman, mətbu məqalələri, gündəlikləri ilə roman arasında aparılan müqayisələrin, elmi-nəzəri təhlillərin dərinliyi, tutarlı elmi dəlillər, ümumiləşdirmələrin məntiqliyi, nətiğələrin bitkinliyi ilə diqqəti cəlb edir. Habelə, tədqiqatda Y.V.Çəmənzəminlinin dərs gündəliyinə, tərtib etdiyi lüğətin əlyazmasına mürağiəti maraq doğurur. Ş.Qarabağlının monoqrafiyası həm də polemik ruhu ilə də diqqət cəlb edir. Çünki o, təkcə bədii materialdan çıxış etmir, yeri gəldikğə daha çox arxiv materiallrına müraciət edir. Bütün bunlar kitabın elmi səviyyəsinə müsbət təsir göstərir və əsərin Y.V.Çəmənzəminliyə məxsusluğu barədə şübhələrə son qoyur. Bu baxımdan da ikinci fəsil elmi tutum və məzmun mündəricəsi ilə seçilir, məhz bu məziyyətlərinə görə monoqrafiyanın ikinci fəsli ən mükəmməl fəsil hesab oluna bilər.

 Nəhayət, “Əli və Nino” romanının mövzusu, sənətkarlıq xüsusiyyətləri” adlı üçünğü fəslində dil problemi, bədii tərcümə və milli kolorit kimi məsələlər çözülür, “Əli və Nino”nun ideya-məzmun, sənətkarlıq xüsusiyyətlərinə, dil-üslub, obraz habelə, “Əli və Nino”nun alman, ingilis, fransız nəşrlərində yer alan Azərbaycan dilinə məxsus “Allah”, “Qarabağ”, “ağa”, “bəy”, “qoçu”, “hambal”, “minarə”, “plov”, “manqal”, “aşıq”, “bayatı” “sazanda” və s. bu kimi sözlərin qarşılığı ilə birgə araşdırılmasına həsr olunur. Bu araşdırma müəllifdə belə bir qənaətə gətirir ki, “Əli və Nino”nun almanca Vyana-Leypsiq nəşri almancadan çevirmədir. Burada diqqət səkən məqamlardan biri də müəllifin mövzu ilə bağlı zəngin elmi-nəzəri ədəbiyyata, arxiv materiallarına,  müraciət etməsi, yeri gəldikcə onlara münasibət bildirməsidir.

Kitab nəzəri səviyyədə, aydın, səlis dildə, axıcı üslubda yazılmışdır. Əvvəldən sona elmi sistemlilik qorunub saxlanılmışdır. Monoqrafiyada müəllifin mənbələrlə tanışlığı, elmi-nəzəri hazırlığı rəğbət doğurur. Bu məlumatlılıq ona tədqiqat predmetini daha doğru dəyərləndirmək imkanı verir. 1000 nüsxədə çap olunan “Ədəbiyatşünaslıqda “Əli və Nino” problemi” kitabı bu məsələ ilə maraqlananlar üçün qiymətli və gərəkli bir mənbədir.

HİMALAY QASIMOV,
filologiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında