AMEA Tarix İnstitutunun Elmi Şurasında Əkrəm Əylislinin “Daş yuxular” romanı müzakirə olunmuşdur

 

 

AMEA Tarix İnstitutunun Elmi Şurası Əkrəm Əylislinin “Daş yuxular” romanının müzakirəsinə həsr olunmuş iclas keçirmişdir.

 APA-nın məlumatına görə, iclasda çıxış edən institutun direktoru Yaqub Mahmudov bildirmişdir ki, tarixçilər bu əsərdə tarixi faktların tamamilə təhrif olunmasından çox narazıdırlar. Onun sözlərinə görə, 1994-cü ildən atəşkəs elan olunmasına baxmayaraq, Azərbaycan müharibə vəziyyətindədir: “Dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada olmaq üçün sürətlə irəliləyir. Bütün bunlar Azərbaycana qarşı kəskin qısqanclıq doğurur. Hazırda Azərbaycanın apardığı siyasətin əsas məqsədi budur ki, ölkəmizin torpaqları erməni işğalında qalmasın. Əsərin Xocalı faciəsi, Sumqayıt hadisələrinin ildönümü ərəfəsində yazıldığı nəzərə alınmalıdır”.

Tarixçi demişdir ki, yazıçı əsərdə Azərbaycan xalqına düşməni dost, dostu düşmən kimi təqdim edib: “Ermənipərəst qəhrəman yuxularında Naxçıvanın Əylis kəndini görür. Birinci yuxuda, guya, bu ərazidə türklər soyqırımı törədiblər. Bu, yazıçının 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyinə töhfəsidir. İkinci yuxuda Naxçıvanı erməni torpağı kimi görür. Azərbaycanlılar isə “sonradan gəlmiş vəhşilər, barbarlardır. Ermənilər isə humanistdirlər”.

Əsərdə yazıçı erməniyə çağırış edir ki, sən öz Məkkə, Mədinənə–Naxçıvana sahib çıxmalısan. O gözləyir ki, ermənilər qayıdıb Naxçıvana gəlsin və Əylis yenidən cənnətə çevrilsin. Bu, Azərbaycanın xalq yazıçısının onun xalqına olan münasibətidir”.

Yaqub Mahmudov qeyd etmişdir ki, Əkrəm Əylisli əsərdə Qərbi Azərbaycandan olan soydaşlarımızı sürü, yağışdan sonra çıxan göbələk adlandırır, islam dinini aşağılayır: “O, sünnət olunanları vəhşi kimi qələmə verir. Əkrəm Əylislinin görmədiyi yuxular da var. O, bu yuxuları qəsdən görmür. O, yuxularında 31 Mart soyqırımını, Bakıda törədilən 20 Yanvar hadisələrini, Şəhidlər Xiyabanını, Qafqaz İslam Ordusunu, Türk şəhidliyini görmür, Azərbaycanın işğal olunmuş torpaqlarını, Xocalını, Şuşanı, Qarakəndi görmür. Nəticə etibarı ilə bu yuxular yazıçının suyunu içdiyi, torpağında yaşadığı, fəxri adlar aldığı Vətəninə xəyanətidir. O, bu əsərlə ermənilərə, qriqoryanlara xidmət edir. Onun ən böyük cəzası Azərbaycan xalqının nifrətidir”.

Elmi Şuranın üzvləri, tarixçi alimlər əsərdə tarixi faktların saxtalaşdırıldığını bildirərək, ciddi tənqidi fikirlər söyləmişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında