Bakı Ali Neft Məktəbi xarici əlaqələrini genişləndirir

 

 

Dünən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen Bakı Ali Neft Məktəbində olmuşdur.

Qonağı   qəbul edən  rektor Elmar Qasımov  bildirmişdir ki,  gündən-günə inkişaf  edən ölkəmizdə beynəlxalq standartlara cavab verən ingilis dilli kadrların  hazırlanması  gündəmdə olan əsas məsələlərdən biridir. Bakı Ali Neft Məktəbinin  yaradılmasının  və qısa müddətdə yüksək uğurlar  əldə etməsinin ölkə başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizinin   əyani sübutu olduğunu diqqətə çatdıran E. Qasımov   hazırda ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu bu ali məktəblə Böyük Britaniyanın  Heriot-Vatt  Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulduğunu qeyd etmişdir. Rektor Heriot-Vatt Universitetei ilə əldə olunmuş razılaşmaya əsasən, Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi   və  müxtəlif  proseslərin  Heriot-Vatt Universitetinin tələblərinə uyğun həyata keçiriləcəyini  və  bunun nəticəsi olaraq Bakı Ali Neft Məktəbinin məzunlarına hər iki ali təhsil müəssisəsinin  diplomlarının veriləcəyini bildirmişdir.

Daha  sonra E. Qasımov ali məktəbin beynəlxalq əlaqələrinin  genişləndirilməsinin vacibliyini  qeyd etmiş, qısa müddətdə  bu  istiqamətdə görülmüş  işlər  haqqında məlumat  vermiş  və  dünyanın  inkişaf  etmiş  dövlətlərinin  sırasında  öncül yerlərdən birini tutan  Böyük Britaniyanın elm və təhsil mərkəzləri ilə də əməkdaşlıq əlaqələrinin  qurulmasının xüsusi maraq kəsb etdiyini  vurğulamışdır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen  Bakı Ali Neft  Məktəbinə gəlişindən məmnunluq  hissləri  keçirdiyini  qeyd  etmiş, Azərbaycanda  ingilis dilində  tədris həyata  keçirən belə  müasir tipli  texniki ali məktəbin həm bütün sahələrdə inkişaf edən Azərbaycan dövləti üçün, həm də ölkəmizə  böyük investisiyalar yatırmış  və gələcəkdə  bu sahədə  işləri genişləndirməyi düşünən  Böyük Britaniya üçün də  xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.

O, Prezident İlham  Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu  iqtisadi-siyasi  inkişafdan danışaraq  vurğulamışdır ki,  dünyaya açılmış və regionun önəmli  dövlətinə çevirilmiş Azərbaycan  Böyük Britaniya və Avropa Birliyi dövlətləri  üçün böyük  əhəmiyyət daşıyır.

Təhsillə bağlı məsələlərə  yüksək diqqət  ayırdıqlarını  bildirən  səfir   Bakı Ali Neft Məktəbi  ilə   hər zaman bu sahədə əməkdaşlıq etməyə və Böyük Britaniyanın  müxtəlif  təhsil mərkəzləri ilə əlaqələrin  qurulmasına  dəstək verməyə hazır  olduqlarını  bildirmişdir.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında