Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Koreya Respublikasında və Sinqapurda səfərdə olmuşdur

 

Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikasında və Sinqapurda səfərdə olmuşdur.

Akademiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ADA-nın prorektoru Fariz İsmayılzadə, ictimai və beynəlxalq münasibətlər məktəbinin dekanı Anar Vəliyev, humanitar və dəqiq elmlər məktəbinin dekanı Vəfa Kazdal və ali təhsil müəssisəsinin müşaviri Lu Qudman nümayəndə heyətinin tərkibində olmuşlar.  

Bir həftəlik səfərin məqsədi Asiyanın aparıcı universitetləri və ADA arasında əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsi olmuşdur. 

Səfər çərçivəsində Koreyanın paytaxtı Seul şəhərində fəaliyyət göstərən Xarici Araşdırmalar üzrə Hankuk Universitetində görüş keçirilmişdir. Ötən ilin oktyabrında ADA ilə Hankuk Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, hər iki ali təhsil ocağı gələcəkdə birgə təlim və tədris proqramlarını həyata keçirmək üçün qarşılıqlı fəaliyyət qurmaq barədə razılığa gəlmişlər.

ADA nümayəndə heyəti, həmçinin Koreya Universitetində, Koreya Milli Diplomatik Akademiyasında və Yonsey Universitetində görüşlər keçirmiş, müzakirələr aparmışdır. 

Sinqapura səfər çərçivəsində isə ADA nümayəndə heyəti Sinqapur Milli Universitetində və Nanyanq Texniki Universitetində olmuşdur. 

Asiya səfəri zamanı keçirilən görüşlərdə Azərbaycan Diplomatik Akademiyası və tərəfdaş universitetlər arasında bir semestrlik tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi konfransların təşkili, Asiyadan ADA-ya tələbələrin cəlb edilməsi məsələləri müzakirə olunmuşdur. 

Səfər zamanı keçirilən görüşlərdə ADA-nın Beynəlxalq Təqaüd Proqramı üzrə bu ali təhsil ocağının magistr pilləsində 19 ölkədən təhsil alan 22 xarici tələbənin Koreyanın və Sinqapurun tədqiqat mərkəzlərində təcrübə keçmələri, eləcə də Koreya Milli Diplomatik Akademiyasının tələbələri üçün ADA ixtisasartırma proqramları tərəfindən “Xəzər hövzəsi araşdırmaları” təlim kurslarının təşkili məsələsi də müzakirə olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında