Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı olmadan lüğət və ensiklopediyaların nəşri qadağan ediləcək

 

 

Azərbaycanda Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı olmadan lüğət və ensiklopediyaların nəşri qadağan ediləcək.

Bu barədə APA-ya komisiyanın sədr müavini Sayalı Sadıqova məlumat vermişdir. Onun sözlərinə görə, artıq bununla bağlı ölkədəki bütün ali məktəblərin, elmi tədqiqat institutlarının rəhbərlərinə və AMEA-nın institut direktorlarına xəbərdarlıq məktubları hazırlanır: “Terminologiya Komissiyasının qərarı olmadan sahələr üzrə lüğət və ensiklopediyalar nəşr oluna bilməz. Bu nəşrlər komissiyanın tərkibində yaradılan bölmələrin qərarı ilə çap oluna bilər. Ölkədə çap olunan bütün lüğət və ensiklopediyalar Terminologiya Komissiyasının xüsusi möhür və blankı ilə nəşr olunacaq”.

S. Sadıqova deyib ki, son zamanlar özbaşına çap olunan belə nəşrlərin sayı artmışdır: “Hüquq ensiklopediyası Terminologiya Komisiyasında 2009-cu ildə müzakirə olunmuş və nəşrinə icazə verilmişdir. Bu günlərdə Ədliyyə Nazirliyi də bir hüquq ensiklopediyası nəşr etmişdir. Bəs bu ensiklopediya harada müzakirə olunmuşdur? Bu sahədə pərakəndəlik aradan qalxmalıdır. Ensiklopediyalar və lüğətlər stolüstü kitablardır. Bunlar çox dəqiq olmalıdır. Amma son zamanlar bir-birinin təkrarı olan, plagiat nəşrlər çoxalmışdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında