ABŞ-ın nüfuzlu Milli Müdafiə Universitetində Azərbaycanın Xəzər hövzəsi siyasəti müzakirə edilmişdir

 

 

ABŞ-ın nüfuzlu Milli Müdafiə Universitetində Azərbaycanın Xəzər hövzəsi siyasəti müzakirə edilmişdir.

Səfir Elin Süleymanov universitetin dəvəti ilə bu ali məktəbin Beynəlxalq Təhlükəsizlik Məsələləri Kollecində “Azərbaycanın Xəzər hövzəsi üzrə siyasəti: perspektivlər və çağırışlar” mövzusunda çıxış etmişdir. Diplomat əvvəlcə Azərbaycanın coğrafi mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin formalaşmasına təsiri barədə məlumat vermiş, regional sabitliyin əsasında region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını demişdir. Bu xüsusda Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu qeyd etmişdir.

Azərbaycanın şərqdən Xəzər dənizi ilə sərhədlənməsinin siyasi və strateji üstünlüklərindən bəhs edən səfir zəngin enerji resurslarına çıxış imkanını qeyd etmişdir. E.Süleymanov hazırda regional sabitliyin əsasında məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin ifadəsi olan qərarlar nəticəsində reallaşdırılmış enerji layihələrinin dayandığını bildirmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri barədə məlumat verən E.Süleymanov ABŞ-ın dəstəyi ilə reallaşan bu layihəni regionun ən uğurlu layihəsi adlandırmışdır. Diplomat hazırda gündəmdə olan enerji layihələri, xüsusilə, TANAP layihəsi barədə məlumat vermişdir. Hazırda enerji sahəsində əsas prioritetin təbii qazın nəqli olduğunu bildirən səfir Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan danışmışdır. “Cənub dəhlizi” layihəsinə ABŞ-ın dəstəyinin müsbət hal olduğunu bildirən səfir bu meylin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu söyləmişdir. Azərbaycanın terrorçuluğa qarşı mübarizədə fəal iştirakından bəhs edən səfir bu xüsusda Şimal Paylayıcı Şəbəkə daxilində Azərbaycanın rolu barədə geniş məlumat vermiş və bu xüsusda Əfqanıstana gedən qeyri-hərbi yüklərin 40 faizdən çoxunun Azərbaycan ərazisindən keçdiyini diqqətə çatdırmışdır. Səfir Əfqanıstandan koalisiya qoşunlarının çıxarılmasından sonra Şəbəkənin sərfəli ticarət dəhlizinə çevrilməsi və region ölkələrinin bu dəhlizə cəlb edilməsi nəticəsində Əfqanıstanın iqtisadi və siyasi inkişafı üçün yeni imkanların açılacağını bildirmişdir. O, ABŞ-ın “Yeni İpək Yolu” strategiyasının önəmli tərkib hissəsi olan Şəbəkənin Avrasiyanın mərkəzində sabitliyin təminatçısı qismində çıxış edə biləcəyini demişdir.

Qeyd edək ki, 1976-cı ildə əsası qoyulmuş Milli Müdafiə Universitetində ABŞ və xarici dövlətlər üçün milli və beynəlxalq təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi ilə məşğul olan hərbi və mülki kadrlar hazırlanır. Beş kollecdən ibarət universitetdə dünyanın 80 ölkəsindən məzunlar təhsil alır.

Yusif BABANLI,
AzərTAc
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında