“Modernləşmə siyasəti: Yeni iqtisadi və sosial çağırışlar” kitabı çapdan çıxmışdır

 

 

“Modernləşmə siyasəti: Yeni iqtisadi və sosial çağırışlar” kitabı çapdan çıxmışdır. Kitaba dekabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Bakıda, “Gülüstan” sarayında “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışların Azərbaycan, ingilis və rus dillərində mətnləri, eləcə də konfransın özündən və sessiyalardan fotoşəkillər daxil edilmişdir.

Yeni Azərbaycan Partiyası ilə AzərTAc-ın nəşri olan bu kitabın ideya və layihə müəllifləri Əli Əhmədov, Aslan Aslanovdur.

AzərTAc xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu ilə açılır. Təbrik məktubunda bəşəriyyətin üzləşdiyi qlobal problemlərin ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb etdiyi vurğulanmış, gələcək nəsillərin inkişaf və rifah içində yaşamasının bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılı olduğu bildirilmişdir. Məhz bu səbəbdən dünyanın 30-dan artıq ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə sözügedən çağırışlar ətrafında fəal dialoqun təşkil edilməsi təqdirəlayiq hadisə kimi qiymətləndirilmişdir.

Nəşrdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Avropa Xalqları Partiyasının sədri Uilfred Martens, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və digər tanınmış ictimai-siyasi xadimlər olmaqla, 38 iştirakçının çıxışı toplanmışdır.

Kitabda dünyada və Azərbaycanda baş verən proseslər yeni iqtisadi və sosial çağırışlar kontekstində geniş təhlil olunmuşdur. Həmçinin, yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilərin, alimlərin, ictimai xadimlərin ölkəmizdə keçirilən həyata islahatlar və onların nəticələri ilə bağlı fikirləri geniş yer almışdır. Nəşrdə inkişaf siyasətinin təməlində müasirləşmək, yeniləşmək duran Azərbaycan modernləşmə siyasəti, yeni iqtisadi və sosial çağırışlarla bağlı müzakirələrin aparılması üçün uğurlu məkan hesab edilmişdir. Konfransda müxtəlif ölkələrin nümayəndələrinin milli təcrübələr barəsində təqdimatları müasir cəmiyyəti düşündürən problemlərin həllinə yönəlmiş səylərə mühüm töhfə kimi qiymətləndirilmişdir. 

Kitab AzərTAc-da yığılmış, redaktə olunmuş, səhifələnmiş və “Şərq-Qərb” mətbəəsində çap edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında