Türksoylu xalqların elektron media kataloqu

 

Bu yaxınlarda “Türksoylu xalqların elektron media kataloqu” adlı kitab işıq üzü görüb. Gənc jurnalist Əfsanə Bayramqızının (Ələsgərli) tərtib etdiyi kataloq  “Elm və təhsil” mətbəəsində çap edilib.

Kataloqda türksoylu xalqlara aid müxtəlif məzmunlu əhəmiyyətli saytlar yer alır. Kitab Azərbaycan başda olmaqla, 7 müstəqil türk dövləti, muxtar respublika və vilayətləri, eləcə də azsaylı türk toplumlarının internetdə fəaliyyət göstərən  əsas media resurslarını əhatə edir. Buraya dövlət strukturları, əsas aparıcı qəzet və jurnallar, informasiya agentliklərinin saytları, xəbər portalları, eləcə də mədəni irsi, ədəbiyyatı, musiqi və digər sahələri əhatə edən elektron resurslar daxildir. Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu, rəyçilər filologiya elmləri doktoru Almaz Ülvi və “Art of Beauty” dərgisinin redaktoru Novruz Novruzovdur. Nəşrin hazırlanmasında məqsəd ortaq tarixi keçmiş, dil, mədəni irs və adətlərə malik  türksoylu  xalqları əhatə edən virtual elektron resursları bir araya toplamaq, bununla da türk coğrafiyasında olan jurnalistlər, media arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməkdir.   Çünki müasir dövrdə  xalqlar arasında  ictimai- siyasi, mədəni əlaqələrin güclənməsində eynisoylu xalqların bir-birilərinin cəmiyyətləri haqqında daha çox məlumatların əldə edilməsində elektron resursların, medianın üzərinə böyük iş düşür. Belə ki, qloballaşan dünyada böyük coğrafiyaya səpələnmiş türk xalqları  virtual elektron medianın imkanlarından istifadə edərək bir-birlərini daha yaxından tanıya, eyni zamanda gələcəkdə  özlərinə aid vahid informasiya məkanı yarada bilərlər. Kitab jurnalistlər,  yazarlar, eləcə də türk dünyası mediası ilə maraqlanan oxucular, mütəxəssislər üçün nəzərdə tutulub.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında