ATİ-də Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

 

 

 Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  cənab Çoi Suk-İnn və səfirliyin birinci katibi cənab Li  Azərbaycan Turizm İnstitutunun qonağı olmuşlar. ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqları səmimi salamladıqdan sonra 7 yaşlı ali təhsil ocağının turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsindəki fəaliyyəti, hədəfləri və əldə edilən uğurlardan söz açmışdır. 

Səfir Çoi Suk-inn Koreya Respublikasının Azərbaycanla həm dövlət, həm də ictimai qurumlar səviyyəsində geniş spektrlı əlaqələr qurmasında maraqlı tərəf olduğunu bildirmişdir. Söhbət zamanı o demişdir: “ATİ təhsil müəssisəsi olduğu üçün ölkənizin nüfuzlu ali məktəbləri ilə Koreya Fondunun əlaqəsini qeyd edə bilərəm. Məhz bu fondun dəstəyi ilə Azərbaycanda Koreya dilinin öyrənilməsi və yayılması layihəsi uğurlu olmuşdur. Koreya dili və ədəbiyyatı üzrə “İkinci nitq yarışması”nın qalibləri fond tərəfindən mükafatlandırılmışlar”. Söhbət əsnasında ölkələrarası turist səfərlərinin təşkilinə xüsusi əhəmiyyət verdiklərini qeyd edən cənab səfir demişdir: “Koreya Respublikasına səfər edən turistlər mədəni və dini turizm proqramlarında “Bulquksa” və “Sokkuram” məbədlərinə, Könbokkun sarayına, Milli Etnoqrafiya Muzeyinə daha çox maraq göstərirlər. Ölkə brendinə çevrilən sənaye müəssisələrinə turist səfərlərinin təşkilini isə əhəmiyyətli hesab edirik. Koreyaya səfər edən hər bir şəxs müəyyən məhsulun hazırlanması anından tutmuş idxalına qədərki prosesi dəqiqliklə izləyə bilir. Bu, ölkəmizin sənaye potensialını tanıtmağa xidmət edir. Turistlərin səfər proqramında uşaq və oyuncaqlar muzeyinə ziyarətləri də nəzərdə tutulur. Məqsədimiz körpələrimizin və uşaqlarımızın cəmiyyət həyatına hazırlığını təmin etməkdir. Bir faktı da deyim ki, ölkəmizdəki turizm müəssisələri ilə məktəb və məktəbəqədər müəssisələr arasında anlaşma müqavilələri qüvvədədir”.  Qonaq ATİ-dəki tanışlıq görüşü və maraqlı fikir mübadiləsinin gələcəkdə Koreya Respublikasının müvafiq ali təhsil ocaqları ilə əməkdaşlığa körpü ola biləcəyini qeyd etmiş, bu görüşün əhəmiyyətli olacağına əminliyini bildirmişdir.

Görüşün sonunda qonaqlar xatirə şəkilləri çəkdirmişlər. 


“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında