Sumqayıt Dövlət Universitetində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” sərlövhəli məqaləsinin müzakirəsi keçirilmişdir

 

Yanvarın 25-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” sərlövhəli məqaləsinin müzakirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan SDU-nun rektoru, professor Nadir Qəhrəmanov “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin günümüz üçün əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, müəllif məqalədə Şah İsmayılın Azərbaycanı birləşdirmək qüdrətindən, onun böyük sərkərdə, şair və s. kimi səciyyəvi cəhətlərindən söz açaraq ətraflı araşdırmaları əsasında gerçək həqiqətlərin üzə çıxarılmasına nail olmuşdur.

Səfəvilər dövləti dövründə Azərbaycanın geosiyasi vəziyyəti, bu dövrdə əldə edilmiş nailiyyətlərdən bəhs edən rektor məqalədə bütün bu məqamlara aydınlıq gətirildiyini bildirmişdir.

  Universitetin tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev demişdir ki, Azərbaycan müstəqillik qazanana qədər tariximizin Səfəvilər dövrünə doğru yanaşılmamışdır. Sovet ideologiyası bu dövrə, eləcə də Şah İsmayıl Xətai şəxsiyyətinə yanaşmada da özünü göstərmişdir. Yalnız ölkəmiz müstəqillik qazandıqdan sonra Səfəvilər dövlətinin Azərbaycan tarixindəki yeri araşdırılaraq üzə çıxarılmışdır. Bu mənada akademik Ramiz Mehdiyevin araşdırması xüsusi əhəmiyyət daşıyır. 

Ümumi tarix kafedrasının müdiri, professor Şirxan Səlimov qeyd etmişdir ki, bu məqalə tariximizin böyük bir dövrünə yeni bir yanaşmanı özündə ehtiva edir. Məqalədə əsaslandırılır ki, Səfəvi dövləti həm milli atributları etibarilə, həm coğrafi, həm də idarəetmə baxımdan türk dövlətidir.  Bu baxımdan məqalə Azərbaycana, onun tarixinə qarşı böhtan atanlara tutarlı bir cavabdır.

Azərbaycan  tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev də vurğulamışdır ki, sözügedən məqalə tariximizin mühüm bir səhifəsinə verilən qiymət, yeni təfəkkürlü yanaşmadır.

Universitetin prorektoru, professor Yadigar Hüseynov isə qeyd etmişdir ki, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi yeni Səfəviçilik ideyasının əsasını qoymuşdur. Beləliklə, yazıda yer alan tezislər tarixçilərimizin yeni vəzifələrini müəyyənləşdirmək baxımından da çox qiymətlidir.

 SDU-nun fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov məqalənin  tədqiqatçılar üçün yeni istiqamətlər müəyyənləşdirdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bundan sonra uzun bir tarixi dövr ərzində tarixçilərimiz məqalədə qoyulmuş problemlərin araşdırılması və təhlili ilə məşğul olmalıdırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında