Bizə qayğı var, nəticəsi isə göz qabağındadır

 

Bir neçə aydan sonra 20 il tamam olacaq ki, o əzəmətli dağlardan, füsunkar bulaqlardan, sıx meşələrdən, dədə-babalarımızın məzarlarından, evimizdən-eşiyimizdən didərgin düşmüşük.

Amma ümidimizi itirməmişik və bu inam hissi bizi hər gün, hər saat ruhlandırır. Bilirik ki, ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti, qətiyyəti, ordumuzun qüdrəti sayəsində tezliklə doğma torpaqlara qayıdacağıq. Bəlkə də elə bu inamın nəticəsidir ki, kəlbəcərli gənclər elmə daha çox maraq göstərir, ölkənin ali hərbi məktəblərinə daxil olmaq üçün sənəd verir, arzularına çatırlar.

Bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Bu il on birinci sinif məzunlarının təxminən 65 faizi, yəni 400 nəfərə yaxını ali məktəblərə qəbul üçün sənəd vermiş, ötənilki məzunlar da daxil olmaqla, 300 nəfər ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Köçkün həyatı yaşamaqlarına baxmayaraq, məzunlarımızdan 35 nəfəri 500-dən çox bal toplamışdır. Kim inana bilərdi ki, belə şəraitdə məzunların 9 nəfəri 600-dən çox bal toplasın? Amma bunlar hamısı reallıqdır. Qeyd edim ki, 9 saylı məktəbin məzunu Qərib Allahverdiyev 656, 10 saylı məktəbin məzunu Cavid Məmmədli 652, 18 saylı məktəbin məzunu Aygün Əsgərova 646, 126 saylı məktəbin məzunu Hicran Babazadə 640 bal toplayaraq Azərbaycanın və digər xarici ölkələrin ən nüfuzlu ali məktəblərinə daxil olmuşlar ki, biz onlarla fəxr edirik. Bütün bunlar təsadüfi uğurlar deyil. Bu uğurların əsasında  diqqət, qayğı dayanır. Rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov, millət vəkilimiz Cavid Qurbanov və bir sıra digər nazirliklər, şirkətlər bizə yaxından köməklik göstərir. Bu tədris ilində 150 ədəd parta, 37 şkaf, 50 stol, 80 stul, 100 yazı taxtası, 150 kompüter, 19 min dərslik, digər avadanlıq və materiallar alınıb məktəblərə paylanmışdır. Təbii ki, müəyyən problemlərimiz, çatışmazlıqlarımız mövcuddur. Bir sıra məktəblərin təmirə ehtiyacı var. Bəzən məktəb sənədlərinin və dərsliklərin gətirilməsində çətinliklər olur. Amma bunların öhdəsindən gəlirik. Qayğı, diqqət olan yerdə problem də asanlıqla həll edilir.

Musa ƏZİZ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Kəlbəcər sakini

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında