Dövlət İdarəçilik Akademiyasında şəhidlərin xatirəsi yad edilmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.Tədbir başlanmazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra faciəni əks etdirən video film nümayiş etdirilmişdir.

Tədbiri İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq, 1990-cı ilin qanlı yanvar günlərini xatırlatmış, sovet imperiyasının törətdiyi bu qanlı cinayət aksiyasını xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa çalışan siyasətin acı nəticəsi olduğunu qeyd etmişdir. Rektor bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını bildirmişdir. 

1988-ci ildə respublikamızda baş vermiş məlum hadisələrin davamı olan və böyük fəlakətlə nəticələnən bu faciənin tariximizə qanlı yanvar hadisələri kimi daxil olduğunu qeyd edən rektor həmin dövrdə Moskvada yaşayan xalqımızın böyük oğlu, görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin öz haqq səsini ucaldaraq bu qətliam barəsində  dünya ictimaiyyətinə məlumat çatdırılması üçün göstərdiyi səyləri xüsusi olaraq diqqətə çatdırdı.  U. Ələkbərov faciənin törədilməsindən bir gün sonra Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən danışmışdır. Rektor ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra bu istiqamətdə gördüyü işlərdən, onun təşəbbüsü ilə ilk dəfə bu  qanlı hadisəyə hüquqi-siyasi qiymət verildiyindən danışmış, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dovlət tərəfindən həyata keçirilən  işlərin əhəmiyyətini qeyd etmişdir.

Tədbirdə çıxış edən dosentlərdən M.Quluzadə, E.Əhmədov, M.İsgəndərzadə və digər natiqlər zaman keçdikcə tariximizin həm qəhrəmanlıq səhifələrinin, həm də faciəli səhifələrinin yad edilməyinin, gələcək nəsillərə çatdırılmasının əhəmiyyətli olduğunu, bidirmişlər. Qeyd olunmuşdur ki,  bunların içərisində 20 Yanvar faciəsi, eyni zamanda o günlər göstərilən qəhrəmanlıq, şücaət və xalqın birliyinin hamıya örnək olmasını bu gün yaşayanlara və gələcək nəsillərə  çatdırılmasının böyük əhəmiyyəti var.

Tədbir tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya ilə sona çatdı.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında