Torpaq uğrunda ölən varsa, Vətəndir

 

 

Yanvarın 18-də Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına əklil qoyaraq, respublikamızın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmişlər.

Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirmişdir ki, Qanlı Yanvar faciəsi keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktıdır.  Rektor şəhidlərin xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu qeyd etmiş, BDU-nun da 20 Yanvarda şəhidlər verdiyini bildirmişdir.

A.Məhərrəmov keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını qeyd etmişdir. Rektor hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetin önündə ucaldılmış möhtəşəm abidə önünə toplaşdıqlarını bildirmişdir. Qeyd edilmişdir ki, bu abidəni tələbələr tez-tez ziyarət edir və onlar da şəhidlərimizlə fəxr edirlər. Gələcək nəsillər bu qəhrəmanları unutmayacaqlar.

A.Məhərrəmov 20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirmişdir.

Şəhid atası, BDU-nun professoru İzzət Rüstəmov bildirmişdir ki, Moskva 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının iradəsini qırmaq niyyətində olsa da, bunu bacara bilmədi.

O,  ümummilli lider Heydər Əliyevin bütün təqiblərə baxmayaraq, faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirdiyini, sovet imperiyasının rəhbərliyini bu addımına görə ittiham etdiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında