TQDK tərəfindən 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq prosesi davam etdirilir

Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanına əsasən respublikanın orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir.

2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq işləri çərçivəsində Komissiya tərəfindən “Şagird - məzun elektron məlumat bazası” yaradılaraq istifadəyə verilmişdir.

Məlumatda daha sonra deyilir ki,bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi nəzərdə tutulur. Sistemdən rayon (şəhər)  təhsil şöbələri, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə biləcəklər.

Buraxılış sinfi şagirdlərinin bu səhifədən istifadəsi yalnız öz məlumatlarına baxmaqla məhdudlaşır. Şagirdlər sistemə şagird kodlarını yazmaqla daxil olacaqlar. Bu zaman ona aid məlumatda yanlışlıq aşkar edən şagird oxuduğu təhsil müəssisəsinin məsul şəxsinə həmin səhv barədə məlumat verməlidir.

“Şagird-məzun elektron məlumat bazası”nda təhsil şöbələrinin nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, məktəb əlaqələndiriciləri öz məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola biləcəklər.  

Təhsil müəssisəsinin məsul şəxsinin vəzifəsi buraxılış sinfində təhsil alan şagirdlərin (növbəti mərhələlərdə həm də təkrar və eksternat qaydada imtahan vermək istəyən şagirdlərin) qeydiyyatını aparmaq,  bütün məlumatlar daxil edildikdən sonra məlumatları təsdiq etməkdən ibarətdir.

TQDK bildirir ki, məlumatı sistemdə olmayan və ya  təsdiq edilməyən şagirdlər yekun qiymətləndirmədə iştirak etməyəcəklər və bunun nəticəsi olaraq təhsil sənədi almayacaqlar.

Rayon (şəhər)  təhsil şöbələri sistemə TQDK tərəfindən onlara təqdim olunmuş istifadəçi adı və parolu yazmaqla daxil ola bilərlər.

Qeyd etmək lazımdır ki,TQDK əməkdaşları tərəfindən buraxılış siniflərinin şagirdləri haqqında məlumatların “2012-2013-cü tədris ili üçün ”Şagird-məzun bazası"na daxil edilməsi üçün dekabr ayında respublikanın şəhər və rayonlarında məsul şəxslərlə seminar-məşğələlər aparılmışdır.Artıq respublika üzrə 77237 şagird haqqında məlumat məktəb əlaqələndiriciləri tərəfindən bazaya daxil edilmişdir.Prosesin yanvar ayı ərzində başa çatdırılması nəzərdə tutulur.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında