Azərbaycanda dil pozuntularına qarşı genişmiqyaslı monitorinqlərə başlanır

 

Ölkədə dil pozuntularını qeydə alan “Qaynar xətt” yaradılacaq

Gələn ay Azərbaycanda dil pozuntularına qarşı genişmiqyaslı monitorinqlərə başlanacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri Mahmud Kərimov açıqlama vermişdir.

M. Kərimovun sözlərinə görə, yaxın vaxtlarda AMEA Dilçilik İnstitutunda bölgü müəyyən olunacaq və televiziyada, mətbuatda, reklam sahəsində, internetdə, ictimai yerlərdə dil qaydalarına riayət olunmasını yoxlamaq üçün monitorinq qrupları təşkil olunacaq: “Azərbaycanda interaktiv fəaliyyət göstərən xüsusi portal yaradılacaq. İctimaiyyət bu portala dillə bağlı təkliflərini, iradlarını, şikayətlərini bildirə biləcək. Həmçinin ölkədə dil pozuntularını qeydə alan “Qaynar xətt” yaradılacaq. Monitorinq qrupları formalaşdıqdan sonra gələn ay monitorinqlərə başlanacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən hazırlanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırda Nazirlər Kabinetindədir. Layihənin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında