Naxçıvan şəhərində uşaq bağçasının yeni binası

 

Naxçıvan şəhərində 10 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.

Açılış tədbirində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, hazırda Naxçıvan şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları müasir binalarda yerləşir. Bu gün istifadəyə verilən 10 nömrəli uşaq bağçasının binası da ən müasir tələblərə cavab verir.

Müəllim-tərbiyəçisi Səkinə Ələkbərova uşaq bağçasının yeni binasının istifadəyə verilməsinə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 10 nömrəli uşaq bağçasının yeni binasının muxtar respublikada elan olunmuş “Heydər Əliyev ili”nin ilk ayında istifadəyə verildiyini qeyd etmiş, bu münasibətlə kollektivi və şəhər sakinlərini təbrik etmişdir. Ali Məclisin sədri demişdir:  “Uşaq bağçasının yeni binasında ölkəmizin gələcəyi olan uşaqların sağlam milli ruhda yetişdirilməsi üçün lazımi şərait vardır. Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir”.

Ali Məclisin sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini də bildirmiş, bu yolda kollektivə uğurlar arzulamış, binanın açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən keyfiyyətlə aparılmışdır. 242 yerlik binada lazımi şərait yaradılmış, müxtəlif yaş qruplarından olan uşaqlar üçün ayrıca otaqlar istifadəyə verilmişdir. Binada hər qrup üzrə ayrıca yataq və oyun otaqları, tədbirlər və şənliklər zalı, tibb otağı, metodiki kabinə, mətbəx, camaşırxana, dərzi, valideyn və iş otaqları vardır.

Baxış zamanı Ali Məclisin sədri tapşırmışdır ki, uşaq bağçasında müxtəlif yaş qruplarından olan uşaqlarla metodiki iş aparılmalı, təlim-tərbiyə prosesinin forma və metodları nəzərdən keçirilməli, pedaqoji elmlər sahəsindəki nailiyyətlərdən, yeniliklərdən və qabaqcıl iş təcrübələrindən istifadə edilməlidir. Bununla yanaşı, uşaqların müayinəsi, peyvənd işi vaxtlı-vaxtında həyata keçirilməli, təmizliyə, gigiyenik tələblərə lazımi şəkildə əməl edilməlidir.

Tədbirlər və şənliklər zalında uşaqlar şeir və mahnılar söyləmiş, rəqs etmişlər.

Ali Məclisin sədri uşaqlarla şəkil çəkdirmişdir.

Valideynlər muxtar respublikada uşaq bağçalarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına və uşaqların hərtərəfli inkişafına göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildirmişlər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında