“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin onuncu cildi çapdan çıxmışdır

 

 

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi böyük sayda insan tələfatına səbəb olmuşdur və bu münaqişənin nəticəsində bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur.

Həmçinin Avropa Şurasının ən başlıca prinsiplərindən biri - insan hüquqlarının qorunması prinsipi pozulmuşdur. Bir milyondan çox azərbaycanlı qaçqın-köçkünün hüquqları kobudcasına pozulmuşdur. Avropa Şurasının bu məsələyə dair mövqeyi bizdə böyük ümidlər yaradır. Avropa Şurası Parlament Assambleyasının yanvar ayında qəbul etdiyi qətnamə bu münaqişənin artıq qeyd etdiyim əsas nəticələrini aydın şəkildə əks etdirir. Ona görə də biz hesab edirik ki, bu qətnamənin yerinə yetirilməsi münaqişənin dinc yolla həllinə gətirə bilər və regionda davamlı sülhün bərqərar olunmasına zəmin yaradar”.

AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlhamƏliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin onuncu cildindən -  dövlətimizin başçısının Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2005-ci ilin mayın 16-da Varşavada keçirilən üçüncü zirvə görüşündəki çıxışından götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə nitqi, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri ilə görüşlərin materialları, XII Beynəlxalq “Xəzər neft-qaz, neftayırma və neft kimyası - 2005" sərgisinin açılışındakı çıxışı verilmişdir.

Cilddə Prezident İlham Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Varşavada keçirilən III Zirvə görüşündə, Sankt-Peterburqda IX Beynəlxalq iqtisadi forumunda, Kiyevdə beynəlxalq investisiya forumunun “Fövqəladə Ukrayna dəyirmi masası”nın I geniş iclasında çıxışları, dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlərlə görüşləri, söhbətləri, KİV-ə verdiyi müsahibələr toplanmışdır. 

Kitabda, həmçinin Prezident İlham Əliyevin regionların inkişafına, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə, Azərbaycan Ali Hərbi Məktəbinin məzunları ilə görüşünə dair materiallar, Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamı və respublikanın daxili həyatına aid digər mühüm sənədlər öz əksini tapmışdır.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilmişdir.

Onuncu cildə daxil olan materiallar 2005-ci ilin mayından iyununadək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında