Tələbələrə güzəştlər artırılır

“Trend”-in məlumatına görə, Azərbaycanda yeni paylanılan tələbə kartlarının sahiblərinə güzəştlər tətbiq edəcək iaşə obyektlərinin siyahısı genişləndirilir.


Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elşən Hüseynov bildirib ki, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında Xəzər İnvestisiya Mərkəzi tərəfindən hazırlanan kartlara güzəştli xidmətə artıq dəftərxana ləvazimatları mağazaları, geyim dükanları, gözəllik salonları, idman müəssisələri, turizm agentlikləri, tibb mərkəzlər, o cümlədən bir sıra stomatoloji klinikalar qoşulublar. "Güzəştlər həmçinin restoranlar, kafelər, klublar, fast food məntəqələrində də olacaq", - Hüseynov deyib.

Tələbələr üçün güzəştlər iaşə obyektindən asılı olaraq 20, 40, 50 faizə qədər nəzərdə tutulub..

Hüseynov bildirib ki, Avropa ölkələrində olduğu kimi tələbələrin ictimai nəqliyyatdan istifadə haqlarında endirim əldə etməsi üçün Azərbaycanda vahid nəqliyyat ödəniş sistemi mövcud olmalıdır. "Marşrut avtobuslarında kartla ödəniş sistemi tətbiq olunduğu təqdirdə metro və və avtobuslar üçün də tələbələrə güzəştli gediş haqqı tətbiq etmək olar", - sektor müdiri deyib.

"European Youth Card" (EYCA) diskont kartlarının ("tələbə kartı") paylanılması "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilir və ilk tələbə kartları 2012-ci il dekabrın ortalarından paylanılıb. "Countdown" diskont sisteminin kartlarının sahibləri Azərbaycanın ali təhsil müəssisələrinin, orta ixtisas təhsil müəssisələrinin 197 minə yaxın tələbəsi olacaq. Kartların tələbələrə paylanılması mart ayına kimi yekunlaşmalıdır.

Qeyd edək ki, "Countdown" sistemi 34 ölkədə fəaliyyət göstərir və dünyada 100 000-dən çox xidmət müəssisələrində 3%-dən 50%-ə qədər güzəştlərdən yararlanmağa imkan verir. Azərbaycanda 1970-ci ildən fəaliyyət göstərir. Dünyanın ən iri diskont sisteminin partnyorları sırasına fast foodlar, səyahət agentlikləri, mehmanxanalar, gözəllik salonları, avtomobil icarəsi, səhiyyə obyektləri və digər çoxsaylı xidmət müəssisələri daxildir.

Hüseynov bildirib ki, Azərbaycanda bu ilin mart ayına kimi bütün tələbələr vahid tələbə kartı ilə təmin olunacaqlar. Onun sözlərinə görə, proses yekunlaşandan sonra ölkədə 197 min tələbədə vahid kart olacaq. Kartlar həm ali təhsil müəssisələrinin, həm də orta ixtisas təhsil müəssisələrinin tələbələrinə paylanılır

Hüseynov qeyd edib ki, prosesin bir qədər gecikməsinin səbəbi bir sıra təhsil müəssisələrinin öz tələbələri barədə məlumatların ötürülməsində yol verdikləri ləngimələr, həmçinin birinci kursda təhsil alanların sənədlərinin toplanması ilə bağlı olub.

Sektor müdiri qeyd edib ki, tələbə kartları Avropa ölkələrində 9-15 avroya başa gəlirsə, Azərbaycan tələbələri üçün bu kartlar pulsuz verilir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında