“Məxmər yolların sirri” kitabı çapdan çıxmışdır

Bu günlərdə “Azərbaycan dəmiryolçusu” qəzetinin əməkdaşları Vasif Süleyman və Elbariz Məmmədlinin müəllifi olduqları “Məxmər yolların sirri” kitabının birinci cildi işıq üzü görmüşdür.

Bu günlərdə “Azərbaycan dəmiryolçusu” qəzetinin əməkdaşları Vasif Süleyman və Elbariz Məmmədlinin müəllifi olduqları “Məxmər yolların sirri” kitabının birinci cildi  işıq üzü görmüşdür.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2012-ci ildə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində dediyi sözlərlə açılır: “Yeni dəmir yolu xətləri o məqsədlə tikilir ki, qatarlar yüksək sürətlə hərəkət edə bilsin. Nəzərə alsaq ki, Azərbaycan yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəkdir, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir, Azərbaycanın dəmir yolları da yüksək dünya standartlarına cavab verməlidir”.

Kitabda Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmiri istiqamətində görülən işlər öz əksini tapıb.

“Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, respublikanın əməkdar mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Qurban Nəzirovun kitaba yazdığı “Tarix belə yaranır” adlı “Ön söz”də deyilir: “Yeni tariximizin ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamdır. Dövlət Proqramında Azərbaycan polad magistralının sürətli inkişafını təmin edəcək bütün məqamlar nəzərə alınıb.

“CBS Polygraphic Production” mətbəəsində nəfis tərtibatla çap olunan kitabın redaktoru Allahverdi Əliyev, korrektorları Mikayıl Mikayılov, Gülnaz Əliyeva və Nərgiz Əliyeva, texniki redaktoru Cəsarət Qasımov, fotoların müəllifi isə Ziya Zakiroğludur.

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında