Yeni məktəb binası istifadəyə verilmişdir

Dekabr 21-də Zaqatala rayonunun ən ucqar dağ kəndlərindən biri olan Sabunçuda dövlət vəsaiti hesabına tikilmiş 80 şagird yerlik yeni məktəb binasının açılış mərasimi keçirilmişdir.

 

 

Dekabr 21-də  Zaqatala rayonunun ən ucqar dağ kəndlərindən biri olan Sabunçuda dövlət vəsaiti hesabına tikilmiş 80 şagird yerlik yeni məktəb binasının açılış mərasimi keçirilmişdir.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri,  kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı  bu əlamətdar gün münasibəti ilə məktəbin kollektivini və kənd ictimaiyyətini təbrik etmiş, onlara təhsildə  uğurlar arzulamışdır. O, qeyd etmişdir ki, əsası dahi rəhbər,  dünya şöhrətli siyasətçi, ümummilli lider  Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatı hazırda Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məruzəçi son illərdə respublikaınn hər yerində olduğu kimi Zaqatalada  da təhsil sahəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini, yeni məktəb binalarının istifadəyə verildiyini, məktəblərin  kompyuter və texniki vasitələrlə və yeni avadanlıqlarla təchiz edildiyini vurğulamışdır. Natiq qeyd etmişdir ki, təkcə 2012-ci ildə rayonda dövlət vəsaiti hesabına 4 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bundan əlavə, cari ilin may ayında rayonda  baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət başçısının xüsusi göstərişinə uyğun olaraq  qəzalı məktəblər üçün 20-dən artıq yeni bina tikilir. Bu məktəblərdən bir neçəsi artıq istifadəyə verilmişdir.

Tədbirdə çıxış edən kənd ziyalıları, müəllim və şagirdlər rayonun ucqar dağ kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının  istifadəyə verilməsini Azərbaycan Respublkasının  Prezidenti İlham Əliyevin regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına göstərdiyi yüksək diqqət  və qayğının bariz nümunəsi olduğunu bildirmiş, bu qayğıya görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirmişlər. Rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış olmuşdur.  Məktəb yeni zəruri inventar və avadanlıqlarla da təchiz edilmişdir.

Elə həmin gün rayonun Suvagil kəndində 1 nömrəli uşaq bağçası-körpələr evi əsaslı təmirdən sonra yenidən balacaların istifadəsinə verilmişdir.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında