Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilmişdir

Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilmişdir.

Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov çıxış edərək məqalənin elmi-nəzəri əhəmiyyətindən danışmışdır. Akademik Ramiz Mehdiyevin bundan əvvəl qələmə aldığı elmi-fəlsəfi məqalələrində olduğu kimi, bu  məqalədə də bir sıra vacib məsələlərin ortaya qoyulduğu, tariximizə, kimliyimizə sahib çıxmağın zəruriliyinin vurğulandığı bildirilmişdir.

Y.Məmmədov qeyd etmişdir ki, dəqiq elmi təhlilə, sanballı araşdırmalara əsaslanan, müəllifin digər məqalələrinin məntiqi davamı olan bu məqalədə tariximizin indiyədək açılmamış qalan və ya təhrif  edilmiş qaranlıq səhifələrinə aydınlıq gətirilmişdir. Məqalədə Şah İsmayılın Azərbaycanı birləşdirmək ideyası və bununla bağlı apardığı mübarizə, onun beynəlxalq əlaqələrin qurulması istiqamətində uğurlu fəaliyyəti, diplomatik addımları qabarıq şəkildə əks olunmuşdur.

Akademik Ramiz Mehdiyevin məqaləsini ali dövlət adamının tariximizə dəyərli münasibəti kimi qiymətləndirən Y.Məmmədov demişdir ki, yüksək vətənpərvərlik ruhu ilə yazılmış məqalə gələcək nəsillər üçün həqiqi tariximizi əks etdirən sanballı mənbədir. Məqalədə qaldırılan məsələlərin həlli istiqamətində ADPU-da çalışan alimlərin də üzərinə mühüm vəzifələrin düşdüyü diqqətə çatdırılmışdır.

ADPU-nun “Ümumi tarix kafedrası”nın müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev bildirmişdir ki, Azərbaycanın görkəmli tarixçi-filosofu, akademik Ramiz Mehdiyevin bu məqaləsi vaxtında yazılmış, istiqamətverici məqalədir və çox böyük əhəmiyyətə malikdir. Məqalə həm də görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi ilə bağlı Azərbaycan dövlətinin mövqeyidir. Ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanan məqalə Azərbaycanın daxilində və ölkə xaricində tariximizi, tarixi şəxsiyyətlərimizi təhrif edənlərə tutarlı cavabdır, eyni zamanda, tarixçi alimlər üçün çox qiymətli, uzunmüddətli elmi istiqamətdir. Məqalədə Şah İsmayıl, hər şeydən əvvəl, tarixi şəxsiyyət kimi təqdim olunmuş, onun ana dilimizin dövlət dili səviyyəsinə qaldırılması istiqamətində atdığı addımlar  yüksək vətənpərvərlik missiyası kimi dəyərləndirilmişdir.

ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov bildirmişdir ki, məqalədə ən vacib məqamlardan biri Şah İsmayılın ictimai-siyasi irsinin təhlili ilə bağlıdır. Müəllifin sanballı elmi təhlillərə əsaslanan məqaləsi əslində tariximizə sahib çıxmağımız üçün bir çağırışdır. Biz tariximizi olduğu kimi təhlil edib qaranlıq səhifələri, araşdırılmasını gözləyən məqamları üzə çıxarmalıyıq.

Məqalənin müsbət cəhətlərindən birinin orta əsrlərlə müasir dövr arasında tarixi bağlılığın yaradılması olduğunu diqqətə çatdıran   B.Xəlilov Azərbaycan ədəbiyyatı tarixinin yenidən tədqiq edilməsinin  vacibliyini vurğulamışdır.

Universitetin “Azərbaycan ədəbiyyatı kafedrası”nın müdiri, professor Himalay Qasımov demişdir ki, Şah İsmayıl Səfəvinin şəxsiyyəti kontekstində azərbaycançılıq ideologiyasının yaranması məsələsi akademik Ramiz Mehdiyevin məqaləsində xüsusi vurğulanmışdır. Məqalədən aydın olur ki, Şah İsmayıl istilaçı olmamış, heç bir ölkənin ərazisini zəbt etməmişdir. Əksinə, o, Azərbaycanın parçalanmış torpaqlarını birləşdirməyə çalışmışdır.

Azərbaycan tarixinin öyrənilməsində tarixçilərimizin böyük xidmətləri olduğunu, bu mövzuda sanballı kitabların yazıldığını qeyd edən H.Qasımov vurğulamışdır ki, biz dövlətçiliyimizin tarixini, sərhədlərimizin sabitliyini dünyaya sübut etməliyik. Bu baxımdan,   akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi zamanında yazılmış sanballı, intellektual bir məqalə kimi qiymətləndirilməlidir.

Tədbirdə türk araşdırmaları elmi-tədqiqat laboratoriyasının müdiri, professor Elman Quliyev dərin elmi məzmunlu, vətənpərvər ruhlu bu məqaləyə münasibət bildirmək üçün şanlı tariximizlə bağlı görülmüş və görüləcək işlər ətrafında müzakirələr təşkil edilməsinin zəruriliyini vurğulamışdır.

E.Quliyev akademik R.Mehdiyevin ciddi tədqiqatçı kimi Azərbaycan elmi, ictimai-siyasi məfkurəsi ilə bağlı hazırladığı məqaləni ölkəmizin, dövlətçiliyimizin inkişafına yönəldiyini, eyni zamanda, nəzəri səciyyəsi və aspekti ilə diqqəti cəlb etdiyini bildirmiş, onun elmi araşdırmalarının mahiyyətcə elmimizdə olan obyektiv və subyektiv boşluqların intellektual şəkildə doldurulmasına yönəldiyini diqqətə çatdırmışdır.

Digər çıxış edənlər də akademik Ramiz Mehdiyevin  məqaləsinin elmi etika ilə qələmə alındığını, azərbaycançılıq xarakterli, konseptual səciyyəli olduğunu bildirmiş, bu vətənpərvər ruhlu yazı ilə bağlı fikirlərini bölüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında