Ali məktəb tələbələri arasında müsabiqənin qalibləri mükafatlandırılmışlar

Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu və “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olmuşdur.

Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu və “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə AHİK-in və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışmışdır.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən söz açan S.Mehbalıyev Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı"nda gənclərin inkişafı, onların təhsil alması, işlə təmin olunması və sağlam böyüməsi üçün bütün məsələlərin yer aldığını vurğulamışdır.

Müsabiqələr haqqında ətraflı məlumat verən S.Mehbalıyev bildirmişdir ki, 6 ildir ali məktəb tələbələri arasında keçirilən futzal yarışlarının  məqsədi ali təhsil müəssisələrində futzalın inkişafı və tələbələrin idmana  marağının artırılması, ali məktəblər arasında keçirilən yarışlarda uğurla çıxış edən komandanın müəyyən edilməsi, eləcə də tələbələrin asudə vaxtının səmərəli keçirilməsi və fiziki hazırlığının artırılmasıdır. Bu il keçirilmiş futzal yarışlarının final mərhələsində respublikanın 19 ali təhsil müəssisəsinin tələbələrindən ibarət komandalar iştirak etmiş, birinci yeri Azərbaycan Dövlət İqtisad Universiteti, ikinci yeri Azərbaycan Texniki Universiteti, üçüncü yeri isə Bakı Slavyan Universitetinin  komandası tutmuşdur.

Qeyd edilmişdir ki, “Nə? Harada? Nə zaman?” intellektual oyununun məqsədi isə dövlət gənclər siyasətinin həyata keçirilməsinə dəstək və tələbə-gənclərin intellektual səviyyəsinin inkişafını təmin etməkdir. Bu il keçirilən intellektual oyununun final mərhələsində respublikanın 21 ali təhsil müəssisəsinin tələbələrindən ibarət komandalar iştirak etmiş, birinci yerə Azərbaycan Dövlət Neft Akademiyası, ikinci yerə Bakı Dövlət Universiteti, üçüncü yerə isə ADİU-nun komandası layiq görülmüşdür.

Bildirilmişdir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən üzv təşkilatlar arasında keçirilən “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsi  artıq üçüncü ildir ki, keçirilir. Müsabiqənin məqsədi həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini gücləndirmək, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını daha yaxşı müdafiə etmək, təşkilatların nüfuzunu qaldırmaq, işləyən təhsil işçilərini, tələbə və şagirdləri ittifaqa geniş cəlb etmək, daha yaxşı fəaliyyət göstərən həmkarlar ittifaqı fəallarının əməyini stimullaşdırmaq, onların müsbət iş təcrübəsini yaymaq, sağlam rəqabət mühiti yaratmaqdır.

Sonda müsabiqə qaliblərinə diplomlar və hədiyyələr təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında