Görkəmli pedaqoqun 70 illik yubileyi

Bu günlərdə Rəşid Behbudov adına Mahnı teatrında Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Vidadi Xəlilovun 70 illik yubileyi qeyd edilidi.

Bu günlərdə Rəşid Behbudov adına Mahnı teatrında Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Vidadi Xəlilovun 70 illik yubileyi qeyd edilidi.

Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri, şair Əkbər Qoşalı  Vidadi Xəlilovun yaradıcılığı barədə ətraflı danışdı.

 Gecənin təşəbbüsçüsü  və təşkilatçısı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri, millət vəkili  Qənirə Paşayeva yubilyarı təbrik edərək, Azərbaycan elminə verdiyi töhfələrdən söhbət açdı.

“Tanrı ona bir ziyalının sahib ola biləcəyi ən dəyərli mənəvi keyfiyyətləri, xarakteri və istedadı bəxş edib. Bu mənada Vidadi müəllim həqiqətən xoşbəxt ziyalılardandır. Ancaq hesab edirəm ki, onun ən böyük nisgili  hələ də düşmən tapdağı altında olan  doğma obası Cəbrayıl həsrətidir. İnanıram ki, tezliklə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik və Vidadi müəllimin də növbəti ad günləri, yubileyləri Dağlıq Qarabağımızda, eləcə də Cəbrayılda böyük təntənə ilə qeyd ediləcək”.

Millət vəkili Novruz Aslanov  da yubilyarı təbrik etdi. Vidadi müəllimin həyat yoldaşı Əminə xanıma həsr etdiyi “Gecələr oyaq qalan əzizim” adlı şeirə musiqi bəstələdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

 Sözləri atasına, musiqisi Novruz Aslanova  məxsus     “Gecələr oyaq qalan əzizim” mahnısı yubilyarın qızı Mələk Nigar Cəlilin ifasında  gecəyə əlavə rəng qatdı.

Professor Qəzənfər Paşayev bildirdi  ki, Vidadi Xəlilovun elmimizə verdiyi töhfələr, eləcə də yazdığı kitablar sonrakı nəsillər üçün zəngin irsdir. Natiq yubilyara həyat və yaradıcılığında yeni-yeni  uğurlar arzuladı.

Yubilyarın qızı, istedadlı dizayner, modelyer Gülnarə Xəlilova bildirdi ki, Vidadi Xəlilov daim yazıb-yaradan, öz peşəsinə bağlı bir insan, ziyalı, ən əsası, gözəl ailə başçısı və qayğıkeş atadır.

 Xalq artistləri Səkinə İsmayılova, Simarə İmanova, əməkdar artıstlər Tünzalə Ağayeva,  Gülüstan Əliyeva, Aybəniz Haşımova və başqaları öz musiqi töhfələrini yubiliyara hədiyyə etdilər.

Sonda yubilyar, akademik Vidadi Xəlilov tədbir iştirakçılarına  minnətdarlığını bildirdi.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında