Gəncədə akademik Həsən Əliyevin anadan olmasının 105 illiyi qeyd edilmişdir

Azərbaycan Dövlət Aqrar Universitetində akademik Həsən Əliyevin anadan olmasının 105 illiyi münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan Dövlət Aqrar Universitetində akademik Həsən Əliyevin anadan olmasının 105 illiyi münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin rektoru, professor Mirdamət Sadıqov açaraq görkəmli alim, Əməkdar Elm Xadimi Həsən Əliyevin həyat və yaradıcılığından, ölkə ekologiyasının mühafizəsi istiqamətində dərin elmi araşdırmalarından danışaraq qeyd etmişdir ki, görkəmli alim hələ sovet dövründə Azərbaycanda beynəlxalq bioloji proqramın işlənib hazırlanmasında yaxından iştirak etmişdir.

Alimin həyatının ilk dövrünün  Gəncə ilə bağlı olduğunu bildirən natiq demişdir ki, Gəncədə orta təhsil almış. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxumuş, burada işləmiş və elmi fəaliyyətlə məşğul olmuşdur. İnstitutunun aqronomluq fakültəsini yüksək qiymətlərlə bitirən Həsən Əliyev sonrakı fəaliyyətini biologiya, torpaqşünaslıq və coğrafiya ixtisaslarına yönəltmişdir. Keçmiş SSRİ-də əkinçilik və təbiətin mühafizəsi sahəsində görkəmli alim hesab edilən Həsən Əliyevin əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, təbii ehtiyatları və ondan daha səmərəli istifadə qaydalarını əhatə edir.

Tədbirdə akademik Həsən Əliyevin cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verdiyi qeyd edilərək onun “Həyəcan təbili” əsərinin əhəmiyyəti vurğulanmışdır.

Diqqətə çatdırılmışdır ki, 800-dək elmi məqalə, monoqrafiya və elmi-kütləvi əsər müəllifi olan Həsən Əliyev ölkə hüdudlarından kənarda da tanınmışdır. Bu gün onun əsərləri ən yaxşı dərs vəsaiti kimi istifadə olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında