Bakıda “Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirilmişdir

Dekabrın 18-də Muzey Mərkəzində “Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirilmişdir.

Dekabrın 18-də Muzey Mərkəzində “Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, bu qurumun Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, UNESCO üzrə Azərbaycanın Respublikası Milli Komissiyasının, Rusiya Federasiyasının Qloballaşma və Davamlı İnkişaf İnstitutunun, Cənubi Rusiya Ali Məktəblər Assosiasiyası və Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda Rusiya, Litva, Ukrayna, Belarus, Latviya, Moldova, Qırğızıstandan alim və mütəxəssislər iştirak etmişlər.

Konfransda Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov müasir dünyanın çağırışlarının inkişaf proseslərinə mühüm təsirindən danışmış, bu baxımdan beynəlxalq tədbirin mövzusunun aktual və qlobal məsələyə həsr edildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, mədəniyyət davamlı inkişafı təmin etmək üçün ən mühüm vasitələrdən biridir. Hər bir dövlətin mədəniyyət siyasəti cəmiyyəti irəli aparmaq istiqamətində həyata keçirilməlidir. Bu baxımdan Azərbaycan Prezidenti tərəfindən müvafiq sənədlər imzalanır, mədəniyyət sahəsində dövlət proqramları həyata keçirilir, bu istiqamətdə reallaşdırılan beynəlxalq tədbirlərə Azərbaycan uğurla ev sahibliyi edir.

 F.Qurbanov konfransda səslənən fikirlərin dünyada, o cümlədən Azərbaycanda davamlı inkişafa öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.

Konfransda UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva “Davamlı inkişaf mədəniyyətində UNESCO-nun proqramlarının rolu” mövzusunda məruzə etmişdir. Bildirmişdir ki, davamlı inkişafın mühüm əhəmiyyət kəsb etməsində, həmçinin inkişafın davamlılığına nail olunmasında təhsil, elm və mədəniyyətin əhəmiyyətli rol oynaması sözügedən məsələni UNESCO-nun da daim diqqət mərkəzində saxlamasına şərait yaratmışdır.

Milli Komissiyanın birinci katibi UNESCO-Azərbaycan əlaqələrindən danışmış, bu istiqamətdə Heydər Əliyev Fondunun rolunu xüsusilə qeyd etmişdir. Vurğulamışdır ki, Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən mədəniyyətin və incəsənətin inkişafı ilə bağlı görülən işlər sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır.

Beynəlxalq elmi konfransda, ümumilikdə, iyirmiyədək məruzə, o cümlədən Rusiya Federasiyasının Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədovun “Mədəniyyət inkişafın faktoru kimi”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Davamlı inkişafdan ekoloji sivilizasiyaya: Dövlət Akademiyasında kadr hazırlığı vəzifələri”, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadənin “Mədəniyyətlərarası münasibətlər və müasir qlobal proseslərdə Azərbaycan faktoru”, Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Viktor Şerbinin “Dialoq mədəniyyəti - milli mədəniyyətin bütövlüyünün əsasıdır”, Latviya Respublikasından Yazıçı və Publisistlərin Beynəlxalq Assosiasiyasının prezidenti, “İndiki zaman” jurnalının, “Yazıçı və dünya” qəzetinin baş redaktoru Marat Kalandarovun “Mədəniyyət dialoqunda ədəbiyyatın rolu”, Belarus Respublikası Mədəniyyət İnstitutundan İvan Krukun “Əsatiri-poetik irsdə və belarusların adət-ənənəsində rəqəm kodu: tək və cüt rəqəmlər”, Qırğız Respublikasının Prezidenti yanında tarixi-mədəni irs üzrə ekspert Gülzat Mukaliyevanın “Qeyri-maddi irs mədəni eyniyyətin saxlanma şərti kimi” mövzularında məruzələri maraqla dinlənilmişdir.

Tədbirdə Aida İmanquliyeva adına Universal Milli Dəyərlərin Beynəlxalq Mərkəzinin Litva bölməsinin həmsədri, rejissor və prodüser Venessa Urbienenin “Litva milli sənətləri” filmi nümayiş etdirilmişdir.

Sonra qloballaşma və gələcəyin alternativ modelləri, mədəni qloballaşma və mədəni müxtəlifliyin mühafizəsi problemləri, davamlı inkişaf mədəniyyətinin dəyərlərinin formalaşmasında mədəniyyətlərarası dialoqun rolu, sosial kapital mədəniyyətin əsas mahiyyəti kimi, təhsil, maarifçilik və kütləvi informasiya vasitələrinin cəmiyyətin sosial kapitalının artması və davamlı inkişaf mədəniyyətinin formalaşmasındakı rolunun müəyyənləşdirilməsi və s. mövzular ətrafında müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında