Ordubad rayonunun Yuxarı Əylis kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Yuxarı Əylis kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Bu münasibətlə təşkil olunmuş mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəb kollektivini təbrik etmiş, ulu öndər Heydər Əliyevin “Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir” fikrini xatırladaraq demişdir: “Ölkəmizdə ümummilli liderimizin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişafa nail olunmuş, tikinti-quruculuq işlərinin miqyası genişləndirilmişdir. Xüsusilə, yeni məktəb binalarının tikilməsinə, təhsil ocaqlarının yerləşdiyi köhnə binaların əsaslı təmirinə, gələcəyimiz olan gənclər üçün müasir tədris şəraitinin yaradılmasına xüsusi diqqət yetirilir. Bu gün istifadəyə verilən Yuxarı Əylis kənd tam orta məktəbinin yeni binası da ulu öndərimizin müəyyənləşdirdiyi uğurlu təhsil quruculuğu strategiyasının, ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən dövlət qayğısının bəhrəsidir”.

Ali Məclisin sədri demişdir: “Müasir tələblər səviyyəsində tikilən Yuxarı Əylis kənd tam orta məktəbi 252 şagird yerlikdir. Binadakı 3-ü elektron lövhəli olmaqla, 14 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, 5 mindən artıq kitab fondu olan kitabxana, kompyuter sinfi və müasir tədris avadanlığı müəllim və şagirdlərin istifadəsinə verilir. Kollektiv yaradılan bu şəraitdən səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər yetişdirməlidir”.

 Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə, Yuxarı Əylis kənd məktəbinin muxtar respublikanın qabaqcıl təhsil ocaqlarından biri olacağına əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.

Məktəbin müəllimi Günay Həsənova demişdir ki, bu gün müasir avadanlıqla təchiz olunan, yüksək şəraiti olan məktəb binasının istifadəyə verilməsi gənclərə göstərilən dövlət qayğısıdır. Muxtar respublikada, eləcə də Ordubad rayonunda təhsil müəssisələrinin inkişafı və yüksəlişi istiqamətində həyata keçirilən tədbirlər, bütövlükdə, ölkəmizin bu günü və sabahı üçün atılan ən mühüm addımlardır.

Ali Məclisin sədri Ordubad rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə etmiş, binanın açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan məktəb binasında müasir sinif otaqları, laboratoriyalar, fənn kabinələri yaradılmış, idman zalı istifadəyə verilmişdir. Hazırda məktəbdə 103 şagird təhsil alır. Onların 36-sı əlaçıdır. Şagirdlərin təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur.

Həmin gün Yuxarı Əylisdə yeni kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi də istifadəyə verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında