“Analar köç edəndə...”

Ana hər zaman yüksəklikdə dayanan qeyri-adi bir varlıqdır. Ana mövzusuna toxunmağım heç də əbəs yerə deyil.

Ana  hər zaman yüksəklikdə dayanan qeyri-adi bir varlıqdır. Ana mövzusuna toxunmağım heç də   əbəs yerə deyil. “Analar köç edəndə”  kitabının kədər yüklü adı diqqətimi çəkdi....

Filoloğiya  elimləri üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin bayatılarının toplandığı kitab “Elm” nəşriyyatında işıq üzü görüb. Müəllif kitabı anası Gülabatın xanımın əziz xatirəsinə ithaf edib .

 Müəllif yazır.

“Anam yaxınlarını–anasını,bacılarını bir-bir itirdi. Ata evinə get-gəl yavaş-yavaş azaldı. Tez- tez belə bir cümlə işlədirdi: Atam evində anam yox, əmim evində bacım. Anamın bu sözlərini yaddaşıma həkk edərək  bayatıya çevirdim:” 

Ata evi, quş evi

Talvarı qamış evi.

Orda anam, bacım yox

O da bir tanış evi.

Bu bayatı  məni uzun müddət düşüncələrə qərq etdi. Kimi anasını  qocalar evinə, küçələrə atır, kimi isə onların həyatda olmamasına dözə bilmir. Kitabda toplanan bayatılar Salatın xanımın iç dünyasının  zənginliyindən  xəbər verir.

Kitabdakı  ürəkləri sizladan daha bir bayatını nəzərdən keçirək:

Məni bir yağı vurdu,

Dolandı bağı,vurdu.

Nə gündüz, nə gecəydi,

Bir axşam çağı vurdu.

 Bayatıların  hər sətiri  bir dərin  fikri ifadə edir. İnsan sadəcə kənara çəkilərək oxumaq istəyir. Salatın xanım böyük ürək sahibidir. Bu bayatılar insanı, qəlbindəki ən gizli xatirələri danışdırır.Yaşından aslı olmayaraq sözün dəyərini bilən hər kəsi  duyğulanmağa vadar edir. Bax budur sözün qüdrəti... Təkcə bu bayatı kifayət edir ki, Salatın xanımın daxili aləmindən xəbər tutaq:

Ağdarə düzən yerdi,

Gözəllər gəzən yerdi.

Kor olsun ermənini,

Əlim üzülən yerdi.

Salatın xanımın bayatılarında Vətən həsrəti duyulur. Yenidən tərk edilmiş ocaqlara qayıdırıq, çayların şırıltısını, doğma yurdun təmiz havasını duyuruq. Ürəyimizdə Vətən nisgili, narın yağışların kədərindən, ot basmış qəbiristanlıqlarda məzar daşlarına dönmüş atalarımızın, analarımızın, yaxınlarımızın şirin xatirələrinə  dalırıq:

Qızıl gülü əkəndə,

 Dolu gülü tökəndə,

Balalar necə dözsün,

Analar köç edəndə?

İnsan nə qədər daş ürəkli olmalıdır ki, bu misralar ona təsir etməsin. Ana elə bir varlıqdır ki, hər zaman duyulur. Bir dara düşəndə onu arzulayırsan: Kaş ki,  yanımda olaydı... Yenə başımı onun dizlərinin üzərinə qoya biləydim... Məni nəvazişlə əzizləyib, əlləri ilə saçlarıma sığal çəkəydi... Yenə “balam” kəlməsini  söyləyəydi. Biləydim ki, məni  sevgi ilə gözləyən bir qəlb var. Həqiqətən də, anasız dünya hər bir insan üçün məzardı. Allah bütün anaları qorusun!

Dünya durduqca, analara olan sevgi  Salatın xanımın həzin bayatılarında yaşayacaq.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında