“Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır

Dekabrın 13-də Bakıda “Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri” mövzusunda iki günlük beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır.

Dekabrın 13-də Bakıda “Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri” mövzusunda iki günlük beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun və Ombudsman Aparatının birgə keçirdikləri konfrans Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 64-cü ildönümünə həsr olunmuşdur.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışmış, qeyd olunmuşdur ki, beynəlxalq hüquq sahəsində konfranslar elmi bazası olan ölkələrdə keçirilir. Bundan əlavə, ölkədə hüquqi dövlət quruculuğu sahəsində əldə edilmiş nailiyyətlər, yaradılmış baza prinsipləri, həmçinin elmi məktəblərin və sahə mütəxəssislərinin mövcudluğu əsas götürülür. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi insan hüquqlarının və azadlıqlarının qorunması Azərbaycan dövlətinin siyasətində prioritet istiqamət təşkil edir. 

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva təmsil etdiyi qurumun əsas fəaliyyətindən danışmışdır.

A. Mustafayeva dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2006-cı il dekabrın 28-də və  2011-ci il dekabrın 27-də təsdiq olunmuş  “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, həmçinin, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” istiqamətində görülən işlər barədə  məlumat vermişdir.

Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışmış, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, yeni icra mexanizmlərinin yaradıldığını qeyd etmişdir.

Z.Əliyev Ombudsman Aparatının 10 illik təcrübəsi barədə məlumat verərək bildirmişdir ki, Azərbaycanda Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarının qorunması üzrə yeni sistemdir. Artıq 10 ildir ki, bu institut  ölkədə insan hüquq və azadlıqlarının məhkəmədən kənar müdafiəsini həyata keçirən müstəqil  qurum kimi fəaliyyət göstərməkdədir.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Hüquqi müəyyənlik prinsipi hüquqi dövlətin mühüm elementlərindən biri kimi” mövzusunda məruzə etmişdir. Məruzədə bildirilmişdir ki, milli qanunvericilikdə qəbul olunmuş normativ hüquqi sənədlər hüquqi müəyyənlik prinsipinə uyğun olaraq dəqiq və aydın yazılmalıdır ki,  sonralar həmin hüququ tətbiq edən dövlət orqanlarının fəaliyyətində iki mənalı və müxtəlif təsvirə yol verilməsin.

Rusiya, Ukrayna, Türkiyə, Polşadan da elm adamlarının  iştirak etdikləri beynəlxalq tədbir “Dövlət hüquq nəzəriyyəsi və tarixi”, “Konstitusiya hüququ”, “Beynəlxalq hüquq”, “Avropa hüququ”, “İnsan hüquqları”, “Cinayət prosesi və kriminalistika”, “Cinayət hüququ və kriminologiya”, “Mülki hüquq və mülki proses”, “Əmək və ekologiya hüququ” bölmələrində davam etdirilmişdir. Elmi-praktik konfransda  250-dən çox məruzənin dinlənilməsi gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında