Azərbaycan Prezidenti İlham Əliyev gənclərimizin bilikli olmasına və intellektual potensiala yiyələnməsinə xüsusi diqqət yetirir

Xəbər verdiyimiz kimi, təhsil naziri Misir Mərdanovun və Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallının Cenevrə şəhərində İsveçrədə təhsil alan azərbaycanlı tələbələr və bu ölkədə yaşayan gənc soydaşlarımızla görüşü olmuşdur.

Xəbər verdiyimiz kimi, təhsil naziri Misir Mərdanovun və Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallının Cenevrə şəhərində İsveçrədə təhsil alan azərbaycanlı tələbələr və bu ölkədə yaşayan gənc soydaşlarımızla  görüşü olmuşdur.

Görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov bu cür tədbirlərin xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərlə sıx əlaqələr qurmaq və onların fəaliyyətlərinin əlaqələndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Nazir qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərimizin bilikli olmasına və intellektual potensiala yiyələnməsinə xüsusi diqqət yetirir.

Misir Mərdanov azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı dövlətimizin gördüyü işlərdən də geniş bəhs etmişdir.

Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı səfirliyimizin bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və burada yaşayan gənclərə dəstəyindən söz açmışdır. Qeyd etmişdir ki, Azərbaycanın İsveçrədəki səfirliyi tələbələrimizin ölkəmizin təbliği ilə bağlı reallaşdırdıqları layihələrə dəstək verir və onlarla sıx münasibətlər qurur.

Səfir gələcək layihələrlə bağlı da ətraflı məlumat vermişdir.

“SOCAR-Trading”in vitse-prezidenti Zaur Qəhrəmanov təmsil etdiyi qurumun azərbaycanlı gənclərin layihələrinin reallaşdırılmasına verdiyi dəstəkdən danışmışdır. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəmizin hüdudlarından kənarda da sərmayələr yatırması barədə danışmışdır.

İsveçrədə təhsil alan azərbaycanlı tələbələr və bu ölkədə yaşayan gənc soydaşlarımız adından çıxış edən Cavid Sadıxov təhsil naziri Misir Mərdanov və Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallıya görüşə görə təşəkkürünü bildirmişdir. Vurğulamışdır ki, bu tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə, xüsusilə də xarici ölkələrdə təhsil alan və yaşayan gənclərimizə  gündəlik diqqət və qayğısının bariz nümunələrindəndir.

 Dövlətimizin gənclər üçün yaratdığı geniş imkanlardan danışan Cavid Sadıxov demişdir ki, bundan sonra da xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər və tələbələr Azərbaycan həqiqətlərinin təbliği və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə daha çox insanın məlumatlandırılması üçün səylərini əsirgəməyəcəklər.

Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Cenevrə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında