Gəncədə “Regional innovasiya fəaliyyəti: reallıqlar və perspektivlər” mövzusunda elmi-təcrübi konfrans keçirilir

Dekabrın 13-də Gəncədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi İnnovasiyalar Mərkəzinin, Azərbaycan İqtisadçılar İttifaqının, AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə “Regional innovasiya fəaliyyəti: reallıqlar və perspektivlər” mövzusunda ikigünlük elmi-təcrübi konfrans işə başlamışdır.

Dekabrın 13-də Gəncədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi İnnovasiyalar Mərkəzinin, Azərbaycan İqtisadçılar İttifaqının, AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə “Regional innovasiya fəaliyyəti: reallıqlar və perspektivlər” mövzusunda ikigünlük elmi-təcrübi konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, elmi innovasiya sahəsi ilə məşğul olan alimlərin regional innovasiya fəaliyyətinin hazırkı vəziyyəti və inkişafı ilə bağlı fikirlərini öyrənmək və bu sahədə yeni tədqiqatların prioritetlərini müəyyənləşdirmək məqsədi ilə keçirilən konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafına göstərdiyi diqqət və qayğının verdiyi bəhrələrdən, həmçinin son illər respublikamızda aparılan səmərəli iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışmışdır.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimovun “AMEA-nın elmi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi”, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “İnnovasiyalı inkişafın elmi və təşkilati əsasları barədə düşüncələr”, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Fərman Qasımovun “Azərbaycanda elmi innovasiya fəaliyyəti”, akademiyanın müxbir üzvü, iqtisad elmləri doktoru Əli Nuriyevin “Regionların iqtisadiyyatının innovasiya yönümlü inkişafı problemləri”, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqovun “Aqrar sahədə kadr hazırlığının aktual problemləri”, Elmi İnnovasiyalar Mərkəzinin təhsil-tədris mərkəzinin direktoru, iqtisad elmləri doktoru Təbriz Əliyevin “Gəncə-Qazax regionunun sosial-iqtisadi inkişaf meylləri” mövzularında məruzələri dinlənilmişdir.

Azərbaycanın alim və mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda, ümumilikdə, 70-dən artıq məruzənin dinlənilməsi nəzərdə tutulmuşdur. Tədbirdə, eyni zamanda, regional innovasiya fəaliyyətinin formalaşmasının zəruriliyi, onun fəaliyyətinin dövlət tənzimlənməsi, regional innovasiya proqramının innovativ iqtisadi inkişaf bazası, innovasiyanın strukturları, Gəncə-Qazax iqtisadi regionunun mövcud innovasiya durumu və onun yaxşılaşdırılması yolları kimi məsələlər ətrafında müzakirələr aparılacaqdır.

Konfransın tərkib hissəsi olaraq sonda “Regional innovasiya sistemlərinin formalaşması” mövzusunda seminarın keçirilməsi, onun iştirakçılarına sertifikatların verilməsi də nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında