Azərbaycan Respublikasının Prezidenti yanında Dюvlət İdarəçilik Akademiyasında akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Dюvlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Şah İsmayılın siyasi fəaliyyətini əks etdirən “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı əsərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dюvlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Şah İsmayılın siyasi fəaliyyətini əks etdirən “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı əsərinin  müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sюzü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov bildirmişdir ki, akademik Ramiz Mehdiyevin bu məqaləsi istiqamətverici və fundamental bir əsər kimi çox bюyük əhəmiyyətə malikdir. Natiq xüsusi vurğuladı ki, məqalənin əhəmiyyətini yalnız Şah İsmayıl Səfəvinin tarixi missiyası, siyasi dahi keyfiyyətlərinin təbliği ilə məhdudlaşdırmaq düzgün olmazdı. O, bizim XVI əsrdə varlığımızın güzgüsü kimi dəyərləndirilməlidir. U.Ələkbərov əsəri Azərbaycan dюvlətçilik tarixinin qiymətləndirilməsi, habelə tarixi faktların zaman kontekstində və zamanın əsas xüsusiyyətləri nəzərə alınaraq araşdırılması baxımından olduqca yüksək tədqiqat kimi səciyyələndirdi.     

Akademik R.Mehdiyevin əsərində əks olunan fəlsəfi ideyalara toxunularaq qeyd olunmuşdur ki, hər bir xalqın tarixi onun mədəniyyətinin tərkib hissəsidir. Tarixin inkişafında bюyük şəxsiyyətlərin rolu əhəmiyyətlidir. Bюyük şəxsiyyətlərin gюrdükləri işlər, onların irəli sürdükləri ideyalar xalqın inkişafına xidmət edir. Ona gюrə də, hər bir xalq юz tarixi şəxsiyyətlərinin irsinə milli-mənəvi dəyəri kimi yanaşmalı, onu qorumalıdır. Əks halda ona mənsub olan tarixi şəxsiyyətlər başqa xalqlar tərəfindən  mənimsənilə bilər.

Bununla yanaşı, akademik R.Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” əsəri həm də gюrkəmli tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi ilə bağlı Azərbaycan dюvlətinin mюvqeyi kimi dəyərləndirildi. Ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanan məqalə Azərbaycanın daxilində və юlkə xaricində tariximizi, tarixi şəxsiyyətlərimizin obrazını təhrif edənlərə tutarlı cavabdır, eyni zamanda, tarixçi alimlər üçün çox qiymətli mənbə, uzunmüddətli elmi istiqamətdir. Əsərin  Dюvlət İdarəçilik Akademiyasında daha dərindən юyrənilməsi və dюvlətçilik tariximizi bilmək və onu yad ünsürlərdən qorumaq üçün gənclərə dolğun tədris edilməsi qərara alındı.  

Tədbirdə  dosent F.Əhmədova, professor M.Quliyev, professor F.Məmmədov, dosent R.Əkbərov, professor N.Ələkbərova, professor Ə.Abdullayev, dosent E.Nəcəfov və başqaları çıxış edərək əsərin elmi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyətinin vacibliyini də qeyd etdilər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında