Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin hərtərəfli inkişafında və dünya miqyasında tanıdılmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir

Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir.

Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir.

ADPU-nun tələbə-müəllim heyəti əvvəlcə Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Tədbirin əvvəlində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açmış, ümummilli liderin dövlət, tarix, cəmiyyət üçün müdrik zəka sahibi olduğunu bildirmişdir.

 Qeyd edilmişdir ki, xalqımızın böyük oğlu, türk dünyasının görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevin vəfatından 9 il keçir. Ulu öndərin idarəçilik və dövlətçilik fəaliyyətindən söhbət açmaq və onun dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərini təbliğ etmək hər birimiz üçün müqəddəs və şərəfli vətəndaşlıq borcudur. Çünki ümummilli liderin çətin, eyni zamanda, şərəfli və mənalı həyat yolu hər birimiz, xüsusilə gənc nəsil üçün layiqli nümunə, dəyərli örnəkdir.

Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyev son 40 ilə yaxın tarixi dövrdə Azərbaycanın hərtərəfli inkişafında, dövlətimizin dünya miqyasında tanıdılmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir. Böyük vətənpərvər Heydər Əliyev həm də müstəqil dövlətimizin gerçək simvolu idi. Ulu öndərimiz ötən əsrin sonlarında xalqımızın milli müstəqillik arzusunun həyata keçirilməsini təmin etmişdir. Xalqımızın dilinə, zəngin mədəni irsinə, yüksək milli-mənəvi dəyərlərinə böyük qayğı və diqqətin göstərilməsi də ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Ulu öndər sözün həqiqi mənasında milli təəssübkeşimiz idi. Hər zaman ən yüksək və mötəbər kürsülərdən “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Heydər Əliyev ən böyük azərbaycanlı olduğunu bütün mənalı ömrü boyu sübut etmişdir.

Bildirilmişdir ki, bu gün ulu öndərin bütün sahələrdə uğurlu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə ulu öndərin zəngin, mənalı həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Tələbələrin ifasında xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Sonda ADPU-nun xor kollektivinin ifasında ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Ürəklərdə daim yaşa” mahnısı səsləndirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında