Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır

Dekabrın 11-də Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü qeyd olunmuşdur.

Dekabrın 11-də Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü qeyd olunmuşdur.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli liderin siyasəti, tarixi xidmətləri barədə danışaraq bildirmişdir ki,  ulu öndər  Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqını düşdüyü bəlalardan qurtarmışdır. Dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış, elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlamışdır.

Abel Məhərrəmov demişdir: “Xoşbəxt o  xalqdır ki, onun ümummilli lideri vardır. Xalq o zaman xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir. Bu baxımdan Azərbaycan xalqı həqiqətən xoşbəxtdir. Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır”.

Mərasimdə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Xalqa həsr olunmuş ömür” mövzusunda məruzə etmişdir.

Akademik  Vasim Məmmədəliyev və BDU-nun professoru İzzət Rüstəmov  məruzə ətrafında çıxış edərək  ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətindən söhbət açmış, dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışmışlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında