Azərbaycan Diplomatik Akademiyasında “ADA beynəlxalq təqaüd proqramı” mövzusunda təqdimat keçirilmişdir

Azərbaycan Diplomatik Akademiyası ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri üçün “ADA beynəlxalq təqaüd proqramı” mövzusunda təqdimat keçirmişdir.

Azərbaycan Diplomatik Akademiyası ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri üçün “ADA beynəlxalq təqaüd proqramı” mövzusunda təqdimat keçirmişdir.

Akademiyadan AzərTAc-a bildirmişlər ki, tədbirin keçirilməsində məqsəd ADA-da tədris olunan akademik proqramlar və təqdim edilən elmi dərəcələr, eləcə də mövcud təqaüd proqramları barədə diplomatik korpusun nümayəndələrinə məlumatın verilməsi olmuşdur. Təxminən 35 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirak etdikləri təqdimatda ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır.

Daha sonra Akademiyanın tələbə qəbulu üzrə şöbəsinin əməkdaşları təqaüd proqramları, onların verilmə şərtləri barədə təqdimatla çıxış etmişlər. ADA-da təhsil alan xarici tələbələr, “Beynəlxalq təqaüd proqramı”nı qazanan türkmənistanlı Rudolf Qafarov, Çexiyadan Tereza Kotaskova və Ukraynadan Volodimir Qulik akademiyadakı tədris prosesi barədə danışmışlar. Onlar xarici səfirlərə müraciət edərək “ADA beynəlxalq təqaüd proqramı” barədə məlumatı təmsil etdikləri ölkələrdə yaymağa və tələbələri Azərbaycanda təhsil almağa həvəsləndirməyə çağırmışlar. 

“ADA beynəlxalq təqaüd proqramı” ali təhsil ocağında çoxmillətli tələbə heyəti yaratmaqla yanaşı, gələcəkdə öz ölkələri ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə çalışacaq xarici məzunların yetişdirilməsi  məqsədilə 2009-cu ildə təsis edilmişdir. Hazırda ADA-da bu proqram üzrə 25 xarici tələbə təhsil alır. Təqaüd proqramı təhsil haqqını, yaşayış və dərslik xərclərini ödəyir. Proqramı qazanmaq üçün yüksək akademik göstəricilərin nümayiş etdirilməsi əsas şərtlərdən biridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında