AMEA-nın Tarix İnstitutunda akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə olunmuşdur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının növbəti iclası keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının növbəti iclası keçirilmişdir.

İnstitutdan AzərTAc-a bildirmişlər ki, bu elmi müəssisənin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən  iclasda  akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi ətrafında müzakirələr aparılmışdır.

İclasda Y.Mahmudov bildirmişdir ki, Azərbaycanın görkəmli tarixçi-filosofu, akademik Ramiz Mehdiyevin bu məqaləsi vaxtında yazılmış istiqamətverici məqalə kimi çox böyük əhəmiyyətə malikdir.

Qeyd olunmuşdur ki, “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi həm də görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi ilə bağlı Azərbaycan dövlətinin mövqeyidir. Ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanan məqalə Azərbaycanın daxilində və ölkə xaricində tariximizi, tarixi şəxsiyyətlərimizi təhrif edənlərə tutarlı cavabdır, eyni zamanda, tarixçi alimlər üçün çox qiymətli, uzunmüddətli elmi istiqamətdir.

Bildirilmişdir ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti, akademik Mahmud Kərimova ünvanlandığı məktubda Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və AMEA-nın Tarix İnstitutu tərəfindən Azərbaycan tarixi haqqında yığcam və aydın tarixi arayışların hazırlanması vəzifəsini qoymuşdur. Mühüm dövlət sənədlərində, xüsusilə Azərbaycan Respublikası Prezidentinin     sərəncamlarında AMEA-nın Tarix İnstitutu bütün ölkəmizdə tarixi araşdırmaların mərkəzi kimi qiymətləndirilir. Bütün bunlar dövlətimizin Tarix İnstitutuna olan çox böyük etimadının nümunəsidir.

Yekdilliklə qeyd olunmuşdur ki, institutun alimləri bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

İclasda akademik Ramiz Mehdiyevin tarixçi alimlərlə əlaqədar   məktubunun Elmi Şuranın iclaslarından birində müzakirə olunması  və bununla bağlı konkret tədbirlərin görülməsi qərara alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında