Azərbaycan Müəllimlər İnstitutunda “Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişaf siyasəti” mövzusunda respublika konfransı keçirilmişdir

Dekabrın 10-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali təhsil müəssisəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişaf siyasəti” mövzusunda respublika konfransı keçirilmişdir.

Dekabrın 10-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali təhsil müəssisəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişaf siyasəti” mövzusunda respublika konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə  iştirakçılar institutda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuşlar.

AMİ-nin akt zalında davam etdirilən tədbirdə  institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsindən, qeyri-adi şəxsiyyətindən, siyasət və dövlət xadiminə xas olan böyük istedadından geniş söhbət açmışdır.

Rektor bildirmişdir ki, dahi rəhbər Heydər Əliyev Azərbaycan xalqına, bugünkü və gələcək nəsillərə böyük və zəngin  ideya-nəzəri irs qoyub getmişdir. Onun bu irsindən Azərbaycan cəmiyyətini təşkil edən nəsillər, etnoslar, alimlər, müəllimlər, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar, dövlət məmurları və sıravi ziyalılar daim   bəhrələnirlər. Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyev ideya-nəzəri irsi elm və təhsilimizin əsas istiqamətverici amilidir. 

  A.Naxçıvanlı vurğulamışdır ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının tarixinin tədqiqinə, onun ictimai-sosial fikrinin öyrənilməsinə, xalqın mədəni, mənəvi irsinin qorunmasına və gənc nəsillərin bədii təfəkkürünün formalaşması problemlərinə xüsusi diqqət və qayğı göstərmişdir. Bunlarla yanaşı, ulu öndər dünyada gedən prosesləri və müasir dövrün tələblərini nəzərə alaraq cəmiyyətin, dövlətin və ictimai münasibətlərin demokratikləşdirilməsi problemlərinə xüsusi əhəmiyyət vermişdir.  

 Qeyd olunmuşdur ki, Heydər Əliyev irsində ən fundamental məsələlərdən biri Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlətin qurulması, yüksək sivilizasiyalı demokratik cəmiyyətin formalaşmasıdır. Bu cəmiyyətin əsas vəzifələri insan hüquqlarının qorunması, milli azlıqların bütün sahələrdə səmərəli fəaliyyətlərinə imkan yaradılması, azad fikirli, yüksək intellektual potensiala malik olan vətəndaşların tərbiyəsi və yetişdirilməsidir. Həmin məsələlərin həlli yollarını isə ulu öndər birinci növbədə, gənclərin yüksək səviyyədə təhsilinin və tərbiyəsinin təşkil olunmasında görürdü.

Ümummilli lider Heydər Əliyev təhsil işçilərinə, elm və mədəniyyətlə məşğul olan insanlara daim gənclərin milli mənəvi dəyərlər zəminində, xalqın tarixi keçmişini dərindən öyrənmək istiqamətlərində tərbiyə olunmasını, bu işdə milli mənəvi  və ümumbəşəri dəyərlərin vəhdətinin nəzərə alınmasını tövsiyə etmişdir.

 A.Naxçıvanlı ulu öndər Heydər Əliyev ideya-nəzəri irsində cəmiyyətin mənəvi inkişafının aparıcı yer tutduğunu qeyd edərək bildirmişdir ki, bu sahədə qarşımızda böyük və məsuliyyətli vəzifələr durur. Bu vəzifələr haqqında konfransda konstruktiv və dərin məzmunlu söhbətlərin aparılacağına əminliyini ifadə edən rektor tədbirin işinə uğurlar arzulamışdır.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın “Milli inkişafın gender aspektləri: təcrübə və aktual vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir.

H.Hüseynova bildirmişdir ki, ölkəmizdə gender, ailə, qadın, uşaq problemlərinin həlli məsələləri ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Milli İnkişaf Strategiyasının önəmli istiqamətlərindəndir. Müasir Azərbaycanda gender məsələləri yeni münasibətlər mədəniyyəti kimi diqqət mərkəzindədir.

Ümummilli liderin ölkədə həyata keçirdiyi dövlət qadın siyasətindən bəhs edən komitə sədri demişdir ki, ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında varislik, müasirlik prinsipləri əsas yer tutmuşdur və bu yanaşmada Azərbaycan qadınlarının özünəməxsus yeri və rolu danılmazdır.

Azərbaycanda qadın hərəkatının yeni vüsət aldığını qeyd edən  H.Hüseynova bildirmişdir ki, Prezident İlham Əliyev ölkədə gender sahəsində milli fəaliyyət strategiyasının işlənib hazırlanması və reallaşdırılması məsələlərinə böyük diqqət yetirir. Gender siyasətinin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri, onun bu istiqamətdə mühüm layihələrin  reallaşdırılmasında yaxından iştirakı xüsusi vurğulanmışdır.

 AMEA FSHİ-nin direktoru, professor İlham Məmmədzadə “Modernləşmə strategiyasının banisi” mövzusunda məruzəsində ümummilli lider Heydər Əliyevin siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlərdən söz azmışdır.

Bildirilmişdir ki, modernləşmə yeni əsrdə ictimai həyatın bütün sahələrində ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərini, ictimai uğur və vərdişlərin müasirləşməsini nəzərdə tutur. Azərbaycanın hazırkı dinamik inkişafı onu deməyə əsas verir ki, ulu öndərin modernləşmə strategiyasının həyata keçirilməsi üçün təməlini qoyduğu islahatlar Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu siyasət isə yeni əsrdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin etmək məqsədinə hesablanmışdır.

Sonra konfrans işini “Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi”, “Müasir Azərbaycan cəmiyyətinin sosial inkişafı”, “Modernləşən Azərbaycanda milli mənəvi dəyərlərin qorunması” bölmələrində davam etdirmişdir.

 “Azərbaycan milli inkişafın yeni fazasına qədəm qoyur”, “Heydər Əliyev və dövlət idarəçiliyi”, “Müstəqil Azərbaycan dövlətinin yaradıcısı”, “Dövlət, cəmiyyət və təhsil”, “Azərbaycanşünaslıq ideyası: problemlər və axtarışlar” və digər mövzularda ümumilikdə, 37 məruzə dinlənilərək müzakirə edilmişdir.

Konfransın materialları toplu şəklində çap olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında