Bakı Slavyan Universitetində “Azərbaycan və Avropa: problemlər və perspektivlər” mövzusunda beynəlxalq tələbə elmi-praktik konfransı keçirilir

Dekabrın 7-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Avropaya inteqrasiyasının 20 illiyinə həsr olunmuş “Azərbaycan və Avropa: problemlər və perspektivlər” mövzusunda onuncu beynəlxalq tələbə elmi-praktik konfransı işə başlamışdır.

 

Dekabrın 7-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Avropaya inteqrasiyasının 20 illiyinə həsr olunmuş “Azərbaycan və Avropa: problemlər və perspektivlər” mövzusunda onuncu  beynəlxalq tələbə elmi-praktik konfransı işə başlamışdır.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Konfransın plenar iclasında BSU-nun rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev “Dünyada azərbaycanşünaslığın təbliği konsepsiyası” çərçivəsində təşkil edilmiş beynəlxalq  tədbirin ölkəmiz üçün əhəmiyyətindən, mövzunun aktuallığından və vacibliyindən danışmışdır.

Azərbaycanda elmin, təhsilin, gənclərin inkişafına dövlət qayğısından söz açan rektor demişdir ki, yalnız öyrənmək deyil, öyrətmək də vacib şərtlərdəndir. Gənclərin bir-birlərindən çox şeylər öyrənmələri, təhsil aldıqları universitetlər haqqında fikir mübadiləsi aparmaları və yeni tanışlıqlar baxımından konfransın əhəmiyyətini qeyd edən K.Abdullayev BSU-da keçirilən tədbirin iştirakçıların yaddaşında silinməz izlər buraxacağına əminliyini bildirmişdir.

Bildirilmişdir ki, dünyanın müxtəlif ölkələrindən gənclərin iştirak etdiyi konfrans “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasında əksini tapmış “Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” və “Müasir təhsil sisteminin formalaşdırılması” müddəalarının həyata keçirilməsi ilə bağlı Bakı Slavyan Universitetinin hazırladığı silsilə tədbirlərdən biridir.

Rektor gənclərə elmin çətin yollarında dönmədən, əzmlə, inamla irəliləməyi tövsiyə etmiş, konfransın işinə uğurlar arzulamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan ilə yanaşı, 15 xarici ölkədən 178 tələbə və magistrantın iştirak etdiyi ikigünlük konfransın işi  “Avropada sosial-siyasi proseslər”, “Avropa təhlükəsizliyi”, “Avropa mədəniyyəti və sivilizasiyalararası dialoq”, “Azərbaycan- Şərqi və Qərbi Avropa: ikitərəfli qarşılıqlı münasibətlər” və digər bölmələr  üzrə aparılacaqdır. Konfransın sonunda bütün iştirakçılara diplomlar təqdim olunacaqdır.

Tədbirdə Türkiyə, Ukrayna, Çexiya, Rusiya, Çin, Qazaxıstan və digər ölkələrdən gəlmiş gənclər Azərbaycan dilində çıxış edərək konfrans iştirakçılarını salamlamış, Bakı və BSU ilə tanışlıqdan məmnunluqlarını bildirmişlər.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında