Bakı Dövlət Universiteti ilə İğdır Universiteti, Sanjuan Universiteti və Tulane Universiteti arasında əməkdaşlığa dair müqavilələr imzalanmışdır

Dekabrın 7-də Türkiyənin İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz, Çin Xalq Respublikasının Sanjuan Universitetinin rektoru, professor Taşpulat Teyupu və ABŞ-ın Tulane Universitetinin hüquq fakültəsinin dekanı, professor David Meyerin başçılıq etdikləri nümayəndə heyətləri Bakı Dövlət Universitetində olmuşlar.

 

Dekabrın 7-də Türkiyənin İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz, Çin Xalq Respublikasının Sanjuan Universitetinin rektoru, professor Taşpulat Teyupu və ABŞ-ın Tulane Universitetinin hüquq fakültəsinin dekanı, professor David Meyerin başçılıq etdikləri nümayəndə heyətləri Bakı Dövlət Universitetində olmuşlar.

Professor və müəllimlərin iştirak etdikləri görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulamışdır.

Bakı Dövlət Universitetinin (BDU) fəaliyyəti, beynəlxalq əlaqələrindən danışan akademik A.Məhərrəmov BDU-nun dünyanın ayrı-ayrı universitetləri, o cümlədən Türkiyə, ABŞ və Çin Xalq Respublikasının universitetləri ilə əlaqələrinin əhəmiyyətini diqqətə çatdırmışdır.

İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz,  Sanjuan Universitetinin rektoru, professor Taşpulat Teyupu rəhbərlik etdikləri ali təhsil müəssisələrinin və professor David Meyer təmsil etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat vermişlər.

Qonaqlar universitetlərimiz arasında əlaqələrin genişlənəcəyinə əminliklərini vurğulamışlar. 

Sonra Bakı Dövlət Universiteti ilə İğdır Universiteti, Sanjuan Universiteti və Tulane Universiteti arasında əməkdaşlığa dair ayrı-ayrılıqda müqavilələr imzalanmışdır.

Bakı Dövlət Universiteti ilə İğdır Universiteti, Sanjuan Universiteti arasında müqavilələri akademik A.Məhərrəmov, professor İ.H.Yılmaz, professor T.Teyupu imzalamışlar.

BDU ilə Tulane Universiteti arasında müqaviləni isə BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və professor David Meyer imzalamışlar.

Görüşdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin, ABŞ-ın Tulane Universitetinin hüquq fakültəsinin professoru Herbert Larson, Amerika Hüquqşünaslar Assosiasiyasının Beynəlxalq Dəniz və Enerji Hüququ proqramı üzrə əlaqələndirici Mari Tomson iştirak etmişlər.

Sonra qonaqlar Bakı Dövlət Universitetinin Heydər Əliyev Muzeyində və elmi-tədqiqat laboratoriyalarında olmuşlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında