Azərbaycan Diplomatik Akademiyasında “Mədəndən bazarlara” mövzusunda müzakirələr aparılmışdır

Dekabrın 6-da Azərbaycan Diplomatik Akademiyasının (ADA) Tədris Mərkəzində “Mədəndən bazarlara” mövzusunda seminar keçirilmişdir.

Dekabrın 6-da Azərbaycan Diplomatik Akademiyasının (ADA) Tədris Mərkəzində “Mədəndən bazarlara” mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, ADA-nın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə layihəsi əsasında yaradılmış Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin və “Statoil” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən neft şirkətlərinin və diplomatik korpusun təmsilçiləri, enerji məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

ADA-nın yeni tədris mərkəzi barədə məlumat verən akademiyanın prorektoru Fariz İsmayılzadə ali təhsil ocağında tədris prosesinin yeni metodlarla aparıldığını, ətraf mühit və alternativ enerji mənbələrindən istifadə olunması məsələlərinə xüsusi diqqət yetirildiyini qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan neft və qaz ilə zəngin ölkə olsa da, alternativ enerjinin inkişaf etdirilməsi gündəmdədir.

ADA-nın Tədris Mərkəzinin Azərbaycanda alternativ enerji üzrə fəaliyyət göstərən yeganə məktəb olduğunu qeyd edən prorektor demişdir ki, akademiyanın məqsədlərindən biri də təhsillə tədqiqatı bir araya gətirməkdir.

ADA-nın müxtəlif ölkələrin diplomatik akademiyaları ilə alternativ enerji sahəsində fəal əməkdaşlıq etdiyini də deyən prorektor bildirmişdir ki, akademiya bir çox proqram və layihələri həyata keçirməklə fəaliyyətini durmadan genişləndirir.

Sonra seminar işini panel iclaslarında davam etdirmişdir.

Bildirilmişdir ki, seminarın əsas məqsədi enerji sahəsi ilə məşğul olmağa başlayan gənc mütəxəssislərə bütövlükdə qazın dəyər zənciri haqqında ətraflı və dəqiq məlumat verməkdir.

Seminarda mütəxəssislərin qazın dəyər zəncirinin texniki, hüquqi və iqtisadi tərəfləri, eləcə də qazın hasilatı, saxlanması və emal prosesləri ilə bağlı çıxışları dinlənilmişdir.

Sonra Cənubi Qafqaz ixrac boru kəməri, Türkiyədən keçən nəql marşrutları və Avropa bazarları ilə bağlı müzakirələr aparılmışdır.       Müzakirələrdə dövlətlərin xarici siyasətində enerjinin rolu vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında