Azərbaycan gənclərinin biznes təhsilinə dəstək

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), BP Azəri-Çıraq-Günəşli Bakı-Tbilisi-Ceyhan, Şahdəniz, Cənubi Qafqaz boru kəməri layihələrindəki tərəfdaşları adından və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi ölkəmizin gələcək biznes liderlərinin peşəkar inkişafına dəstək olan “Gənclərin Biznes Liderlik Layihəsi”nin icrasına başlamışlar.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), BP Azəri-Çıraq-Günəşli  Bakı-Tbilisi-Ceyhan,  Şahdəniz, Cənubi Qafqaz boru kəməri layihələrindəki tərəfdaşları adından və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi ölkəmizin gələcək biznes liderlərinin peşəkar inkişafına dəstək olan “Gənclərin Biznes Liderlik Layihəsi”nin icrasına başlamışlar.

İki il davam edəcək “Gənclərin  Biznes  liderlik layihəsi”nin əsas  məqsədi tələbələr üçün müxtəlif özəl şirkətlərdə əvəzolunmaz iş təcrübəsi əldə  imkanı yaratmaq, onların biznes və  idarəetmə bacarıqlarını inkişaf etdirib, gələcəkdə biznesdə lider olmağa ruhlandırmaqdır. Layihə çərçivəsində tələbələr biznesdə uğur qazanmış iş adamlarının mentorluğu sayəsində öz karyeralarının planlaşdırılması üzrə dəyərli bilik və bacarıq əldə edəcəklər. Layihə daxilində Bakı və Gəncə ali məktəblərinin 3-cü və 4-cü kurslarında təhsil alan 120 tələbə iş təcrübəsi əldə etmək imkanı qazanacaq. Layihənin iştirakçıları üçün iş təcrübəsi keçmək imkanlarının müəyyən edilməsinə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi dəstək olacaq. Layihə yerli qeyri-hökumət təşkilatı olan Junior Achievement Azərbaycan tərəfindən həyata keçiriləcəkdir.

Layihənin imzalanmasına həsr olunmuş mərasimi giriş nitqi ilə açan  USAID/Azərbaycan missiyasının direktoru Maykl Qrin   USAID ilə Junior Achievement Azərbaycan təşkilatının uzunmüddətli əməkdaşlığı və USAID-in maliyyə dəstəyi ilə həyata keçirilən proqramların Azərbaycanda iqtisadi-biznes tədrisinə göstərdiyi təsiri barədə söhbət açdı.

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirdiki, bu layihənin ən vacib aspektlərindən biri gənc qadınlara diqqət yetirməsidir. Layihədə iş təcrübəsi keçənlərin 60 faizi qadınlar olacağını qeyd edən səfir əlavə etdi ki, bu lahiyə tələbələrə öz bisnez bacarıqlarını təkmilləşdirmək və peşakarlarla ünsiyyətdə olmaq imkanı verəcək.

bp-Azərbaycan şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı isə təmsil etdiyi şirkətin Azərbaycanın gələcək biznes liderlərinin peşəkar təliminə dəstək vermək imkanından məmnunluğunu diqqətə çatdırdı. Qeyd olundu ku,  bu təşəbbüs bp və tərəfdaşlarının Azərbaycanda təhsilin inkişafına göstərdiyi davamlı dəstəyin bir hissəsidir. bp-nin Azərbaycanda 20 ildir ki, fəaliyyət göstərdiyini bildirən T. Bayatlı qeyd etdi ki, ötən müddətdə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və ixracı ilə bağlı reallaşdırılan layihələrə 40 milyard dollar sərmayə yönəldilmiş, bu illər ərzində 2,1 milyon barrel neft hasil edilmişdir. Ötən müddətdə şirkət həm ayrılıqda, həm də öz biznes tərəfdaşları ilə birlikdə gənclər üçün davamlı inkişaf imkanlarının yaradılmasına yönəlmiş çox mühüm təhsil layihələrini dəstəkləmişdir. O, bu gün icrasına başlanılan layihənin də biznes və idarəetmə sahəsində təhsil alan 120 tələbə üçün bu cür imkanlar yaratmaqla onların özlərini gələcəkdə yerli və beynəlxalq şirkətlərdə karyeraya hazırlamaq səylərinin mühüm hissəsinin təşkil edəcəyinə əminliyini bildirdi. 

Layihənin əsas vəzifələrini açıqlayan Junior Achievement Azərbaycan təşkilatının icraçi direktoru Rəşad Xanlarov gənclərə yatırılan investisiyanın karyeranın inkişaf etdirilməsi və biznes sahəsində gələcək karyeraya dair yetkin qərarların verilməsi üçün zəruri olduğunu vurğuladı.

Sonda USAID/Azərbaycan missiyasının direktoru Maykl Qrin, bp-Azərbaycan şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu  yeni təşəbbüsün başlanmasına dair “Anlaşma Memorandumu” nu imzaladılar.  Xatırladaq ki, layihənin ümumi büdcəsi 200 min ABŞ dolları təşkil edır. Həmin vəsaitin 100 min  dollarını bp və onun AÇG, BTC, Şahdəniz və CQBK layihələrindəki  tərəfdaşları, qalan 100 min dollarını isə USAID  ödəyəcək.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında