Mingəçevir Turizm Kollecində elmi-praktik konfrans

Mingəçevir Turizm Kollecində “Xidmət sahəsinin təşkilinin peşəkarlıq meyarları” mövzusunda elmi-praktik konfrans keçirildi.

Mingəçevir Turizm Kollecində “Xidmət sahəsinin təşkilinin peşəkarlıq meyarları” mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransa gəlmiş qonaqlara ilk olaraq birinci mərtəbədə – foyedə dünya şöhrətli şair - Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Bundan sonra qonaqların təhsildə və idmanda böyük nailiyyətlər qazanmış tələbələrlə görüşü oldu və onların nailiyyətlərini əks etdirən guşəyə baxış keçirildi.

Konfrans Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji mərkəzində təşkil olunmuşdu.

Konfransı giriş sözü ilə kollecin direktoru, professor Əyyub Əyyubov açdı.

Sonra söz şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılova verildi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən söhbət açdı. Mingəçevir Turizm Kollecində təhsil alan gənclərin peşəkar kadr kimi formalaşması üçün həyata keçirilən işləri vurğuladı. Bildirdi ki, bu gün bir çox xidmət sahələrinə gənc kadrların cəlb olunması işin keyfiyyətinə müsbət təsir göstərir.

Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov isə “Xidmət sahələri üçün ixtisaslı kadr hazırlığı” məruzəsi ilə çıxış edərək burada xidmət sahələri üçün peşəkar kadr hazırlığının həyata keçirildiyini qeyd etdi. O həmçinin vurğuladı ki, kollec xarici ölkələrdə fəaliyyət göstərən təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. O, bir sıra beynəlxalq tədbirlərə kollecin də qoşulduğunu qeyd etməklə, turizm sahəsi üçün təhsil müəssisəsində mütəxəssis hazırlığı işləri barəsində nümayiş olunan slaydlar əsasında ətraflı məlumat verdi.

Pedaqogika üzrə fəlsəfə doktoru, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sahib Əliyev “Azərbaycan turizminin inkişafı və xidmət sahələrinin formalaşdırılması” məruzəsi  ilə çıxış etdi, Azərbaycanda turizmin inkişaf potensialından söhbət açdı.

Sonra “Azərbaycan bölgələrində turizmin inkişafına imkan verən təbii və coğrafi şərait”, “Otel və idman xidmətinin təşkili”, “Xidmət sahəsinin təşkili üçün xarici dil tədrisinin rolu”, “Turizm və nəqliyyat xidmətlərinin yaxşılaşdırılmasının bəzi məsələləri” və digər mövzularda məruzələr dinlənildi, fikir mübadiləsi aparıldı.

Sonda konfrans iştirakçılarına dahi söz ustası Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

İlqar MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında