Bakıda "Qloballaşan cəmiyyət və kitabxanaçılıq-informasiya fəaliyyəti" mövzusunda respublika elmi konfransı keçirilmişdir

Noyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 50 illik yubileyinə həsr olunmuş "Qloballaşan cəmiyyət və kitabxanaçılıq-informasiya fəaliyyəti" mövzusunda respublika elmi konfransı keçirilmişdir. 
Mədəniyyət və Turizm Nazirliyinin, Prezident Kitabxanasının, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyətinin və tələbələrinin, kitabxana rəhbərlərinin və mütəxəssislərinin iştirak etdikləri konfransı Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açmışdır. O, diqqətə çatdırmışdır ki, yubileyi qeyd edilən fakültəni indiyədək 6 mindən çox məzun bitirmişdir. Onlar ölkəmizin bütün bölgələrində, hətta Vətənimizin hüdudlarından kənarda çalışaraq bu nəcib peşənin, həm də bitirdikləri təhsil ocağının adını ucaldırlar. Həmin mütəxəssis-kadrların hazırlanması ilə fakültənin professor-müəllim heyəti məşğul olur. Məhz həmin kollektivin zəhməti və səyi ilə fakültə BDU-nun ən qabaqcıl fakültələrindən birinə çevrilmişdir. Hazırda fakültədə fəaliyyət göstərən 29 nəfərlik professor-müəllim kollektivi 450 nəfər bakalavr və magistranta bu peşənin sirlərini öyrədir. Fakültə inkişaf edir və biz əminik ki, kitabxanaçılıq-informasiya fakültəsi bundan sonra da ölkədə kitabxana təhsilinin zamanın tələblərinə cavab verən səviyyədə inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Konfransda BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Qurbanovun "Kitabxana-informasiya mütəxəssislərinin hazırlanmasında müasir prioritet istiqamətlər", BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun "Azərbaycanda kitabxanaşünaslıq elminin müasir vəziyyəti" mövzularında və digər məruzələr dinlənilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında